суббота, мая 08, 2010

"Onun Kəlamının sizdə yanmasına icazə verin" Dr. Karl Stivens


8 MAY

“ONUN KƏLAMININ SİZDƏ YANMASINA İCAZƏ VERİN”

Yeremiya 20:9 – “Mən fikirləşdim: “Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam”. Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm”.


Lütf ilə xilas olmuş bir günahlı kimi sizi yalvarıram: Tanrının Kəlamı və ya Tanrının işinə qarşı hörmətsizlik göstərməyin. Onun qulluqçuları olmaq üçün Onun böyütdüyü kişi və qadınlarına hörmətsizlik göstərməyin. İcazə verin ki, Onun salehliyinin Kəlamı sizin sümüklərinizdə yanar alova çevrilsin.

Hər səhər mən yoldaşımın əlindən tuturam və biz günümüzü Məsihi izzətləndirməkdən başlayırıq. Biz Onun xeyir-dualarını və vədlərini etiraf edirik. Biz insanlar üçün dua edirik, çünki hər günümüzü son günümüz kimi yaşayırıq.

Bu, həyatımın ən möhtəşəm vaxtıdır. Ah, əgər Tanrı dilimizi bütün günü Onun salehliyindən danışmağı öyrətsəydi (Zəbur 71:24). Biz Onun salehliyi ilə yüksəldilmişik və İsa Məsihin lütf və anlayışında böyüyürük. Kəlam aydın deyir ki, Onun salehliyi bizim qalxanımızdır. Biz çox xeyir-dualıyıq.