воскресенье, мая 09, 2010

"Həqiqət Məsləhət verir" Dr. Karl Stivens


9 MAY

“HƏQİQƏT MƏSLƏHƏT VERİR”

2 Korinflilərə 4:7 – “Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq”.


Mən düşünürəm ki, öz ofisimdə gözəl qızılı rəngdə yaddaş lövhəciyini asacam və mənim yanıma məsləhətə gəlməzdən öncə insanlar onu oxuya bilsinlər. Birinci sətirdə yazılacaq: “Siz öz probleminiz haqqında Tanrı ilə artıq danışdınızmı?”. İkinci sətirdə yazılacaq: “Mənimlə görüşə gəlməzdən əvvəl siz Müqəddəs Ruh ilə doldunuzmu?”. Üçüncü bənd belə olacaq: “Siz Tanrının hər bir Kəlamı ilə yaşıyırsınızmı?”. Dördüncü bənd soruşacaq: “Bu kimin günahıdır?” (Düşünün və qərar verin: bunu mənə deməyin). Beşincisi – “Siz Tanrının verdiyi təminatı qəbul edəcəksinizmi?”. Altıncısı – “Siz imanınızı Tanrının Kəlamından oxuduğumuz ilə qarışdıracaqsınızmı?”. Və sonda (yeddincisi, Bitirilmiş İş rəqəmi), “Siz Məsih sevən kimi sevirsinizmi?”.

Bu, məsləhət almaq üçün gözəl hazırlıq olardı! Elə bu siyahının təkcə oxunması insana kömək edəcək. Sonra o deyəcək: “Bilirsiniz nə var? Sadəcə Yazılardan mənə bir neçə yeri xatırladın. Mən düşünürəm ki, hər şey yaxşı olacaq”.