воскресенье, мая 02, 2010

"Kəlamın Üstünlüyü" Dr. Karl Stivens


2 MAY

“KƏLAMIN ÜSTÜNLÜYÜ”

Yəşaya 8:20 – “Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasalar, onlar üçün nur şəfəqi saçmayacaq”.


Bizi son günlərdə mühakimə edəcək bir şey mövcuddur ki, bu da bizə vəz olunmuş Kəlamdır. Əgər biz Onun Kəlamına uyğun danışmırıqsa, onda bu ona görədir ki bizdə işıq yoxdur. Tam səlahiyyət ilə Kəlamı təbliğ et, inandır, xəbərdarlıq et və nəsihət ver. Müqəddəs Ruh bizi öyrədəcək və biz də başqalarını öyrətməliyik. Bu mənim xoşuma gəlir!

Gəlin həqiqət haqqında məhəbbətlə söhbət edək. Bizim vəzifəmiz qəlbləri udmaqdan və şagirdlər etməkdən ibarətdir. Yəhya yazırdı: “Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz” (3 Yəhya 4). Pastor olduğum zaman, Məsihə gələn kəslərin Tanrı Kəlamının gücündə necə böyüyüb gəzməklərini müşahidə etmək şərəfim var.

Sınaq və yoxlama gələndə, Köhnə Kitabı çıxarın! Hər şeyə görə və hər bir şeydə minnətdar olun. Lütf taxtını dua və iman ilə əldə edin. O bizim dualarımıza cavab verəcək. Biz bunu hardan bilirik? Tanrı bunu Bibliyada deyir.