вторник, мая 11, 2010

"Seçiminiz üzərində düşünün" Dr. Karl Stivens


11 MAY

“SEÇİMİNİZ ÜZƏRİNDƏ DÜŞÜNÜN”

Yezekel 12:25 – “Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təəxirə salınmır. Ey asi xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir””.

Əgər siz Ruhda gəzməyi seçirsinizsə, siz bu yer üzündə yaşadığınız ana qədər Tanrı ilə istədiyinizi əldə edə bilərsiniz. Lakin əgər sizin depressiyada yaşamaq istəyiniz varsa, onda belə bir imkanınız da var.

Ruhda gəzməkdən imtina edən xristianlı patoloji depressiyalı olmağı seçə bilər.

Bu onun seçimi olacaq.

O, dünya, cisim və iblisin təsiri altında yaşamağı seçə bilər. Bu, imkanlardan biridir. Barlara baş çəkmək istəyənlər üçün həmçinin, bu, seçim imkanıdır.

Lakin bəzi xristianlar bu, imkanları ixtisara salıb. Onlar bu şeylər haqda düşünməkdən imtina etdilər, çünki bunlar Ruhla dolu imanlı üçün yol verilən variant deyil. Bizim bu gün yaşamaq imkanımız var! Bizim sevinmək, güclü olmaq, sevmək, minnətdar olmaq, ümid etmək və anlamaq imkanımız var. Tanrı bu günü yaratdığı üçün bizim onu həyatlarımızın ən gözəl günü etmək imkanımız var.

Tanrı lütfünə görə biz yalnız Onun imkanlarını qəbul edəcəyik.