четверг, мая 13, 2010

"Lütfün Təlimi" Dr. Karl Stivens


13 MAY

“LÜTFÜN TƏLİMİ”

1 Peter 4:10 – “Hər biriniz Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinizə xidmət edin”.


Lütf müəllimdir. Lütf heç vaxt mühakimə etmir, lakin o, məhəbbət və imanımız vasitəsilə bizə əmrlər verir. Əgər siz zinada, passivlikdə, nəşədən və ya alkoqolizmdən asılılıqda yaşayırsınızsa – hansı günah olursa olsun, Tanrının yanına gəlin və Ona icazə verin ki, sizi dəyişsin və sizə tövbə ənamını versin. Bu sizə günahları tərk etmək qabiliyyətini verəcək və onlara bir də qayıtmamaq üçün sizi gücləndirəcək.

Bu gün azad olun, çünki Tanrı sizi sevir. O sizin tərəfinizdədir və O sizi lütf aləti kimi istifadə etmək istəyir ki, Onun qiymətli həyatını göstərəsiniz. Biz yer üzündə lütf səyahətində ikən, Tanrı istəyir ki, biz hər bir insana bacardığımız qədər lütflə xidmət edərək Onun həyatını əks etdirək.

Bu günlərdə hər kəs özünü axtaranda, Tanrı bizi Onun lütfündə xidmət etmək qabiliyyətinə öyrədə bilər.