понедельник, мая 10, 2010
"Lütf Hədiyyəsi" Dr. Karl Stivens
10 MAY
“LÜTF HƏDİYYƏSİ”
Efeslilərə2:8-10 – “Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərə əsaslanmır, ona görə qoy heç kim öyünməsin. Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməlləri yerinə yetirmək üçün Məsih İsada yaradıldıq”.
Lütf səyahəti o zaman başlayır ki, insan İsa Məsihin qan qurbanını öz günahlarının əvəzi kimi tanıyaraq, xilas üçün Tanrı lütfünün azad hədiyyəsini qəbul edir.
İndi başqa bir imanlı ilə birlikdə bizdə Tanrı lütfündə gəzinti və həmin lütfü başqalarına ötürmə vasitəsilə Onu izzətləndirmək şərəfi var. Faktiki olaraq, Tanrının bizi yaratma səbəbi elə budur. Lütf – Tanrının iltifatı və bizə olan ehtiramı – bizim onu qazanmaq üçün nə isə etdiyimizə əsaslanmayıb. Lütf Onun bizə olan əbədi, qüdrətli, hər şeyi bilən məhəbbətinə əsaslanıb.
Tanrının mərhəməti – bu elə həmin şeydir ki, bizi cəhənnəmdən qurtarır və bizim günaha görə qazandığımızı almağdan qoruyur. Amma Tanrının lütfü bizə qazanmadığımızı verir: Onun Kəlamı və əbədi həyat vasitəsilə canlandırılmaq imkanını və bu həyatda Tanrını izzətləndirmək.