вторник, января 18, 2011

The Stranger on the Road to Emmaus - 021

Dördüncü gün

Yaradılışın birinci günü, Öz sözüylə işığı yaradanda, Allah zülmət pərdəsini aradan qaldırdı. Dördüncü gün isə O, çıraqlar düzəltdi.

Sonra Allah dedi: “Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. Qoy onlar göy qübbəsində çıraq olub, yer üzündə işıq saçsın”. Belə də oldu. Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O, həmçinin ulduzları düzəltdi. Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi. Yaradılış 1:14-19

İşığın günəşdən əvvəl yaradılması bizə qəribə gələ bilər. Lakın, gəlin onu da yaddan çıxarmayaq ki, Tanrı üçün həm işığı yaratmaq, həm də günəşi düzəltmək çox asan bir işdir.

“Bütün şeyləri yaradan, göyləri təkcə yayan, təkbaşına yer üzünü sərən... Rəbb Mənəm.” Yeşaya 44:24, 26

Fəsilləri müəyyən etmək üçün ayı yaratdın, günəş batacağı zamanı bilir. Məzmur 104:19