понедельник, января 17, 2011

The Stranger on the Road to Emmaus - 019

İkinci gün

Sonra Allah dedi: “Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın”. Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. Allah qübbəni “göy” adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi. Yaradılış 1:6-8

Tanrı dünyanı yaradanda yer üzü sularla bürünmüşdü.

İkinci günün yaradılışına baxanda biz görürük ki, o vaxt yaradılan dünya indiki dünyadan fərqli idi.

Bibliya deyir ki, Allah suların bir qismini götürüb yuxarıda, göylərdə yerləşdirdi. Bəzi şərhçilər həmin suların sadəcə göydəki buludlara istinad etdiyini iddia etsələr də, digər şərhçilər bununla yer kürəsinin ətrafında su buxarından ibarət göy qübbəsinin mövcudluğu nəzəriyyəsini irəli sürürlər. Yuxarıdakı suyun göy qübbəsinə istinad edib-etmədiyinə baxmayaraq biz bir şeyi dəqiq deyə bilərik ki, o vaxtın iqlimi indikindən olduqca fərqli idi. Görünür, o vaxtın iqlimi əsasən sabit tropik iqlim idi.

Bəllidir ki, tərkibində külli miqdarda su buxarı olan atmosfer bir növ istilik (istixana) effektini yarada bilərdi. Bir qədər sonra biz, ola bilsin ki, hər şeyi dəyişərək, nəticədə indi gördüyümüzə gətirib çıxaranla tanış olacağıq. Hər halda, Müqəddəs Kitab deyir ki, Tanrı qübbəni düzəltdi. Bu qübbə, yəqin ki, indi atmosfer adlandırdığımız sözün sinonimidir.

Qübbə sözü fəza (kosmos) sözünün sinonimidir və o, ya yer üzünün atmosferinə, ya da ki, uzaq fəzaya müraciət edə bilər.