суббота, мая 14, 2011
The Stranger on the Road to Emmaus - 027
Pozulmuş Dostluq
Lakin belə bir seçim şaxələnməyə başlayır. Öncə gördüyümüz kimi, pozulan qanunun öz nəticələri var. Müqəddəs Yazı bizi öyrədir ki, günahın çox baha başa gələn nəticəsi olur. Belə ki, Adəmlə Həvvanın itaətsizliyi və Şeytanın yalanlarına uymaq seçimləri Allahla insan arasındakı münasibətləri dağıdıb aralarında böyük bir uçurum yaratdı. Kamil Tanrı yanına sədaqətdə axsayanı, dostluqda büdrəyəni ya da xəyanətdə bitərəf olanı qoya bilməzdi. Etibar olmadığı yerdə qarşılıqlı münasibətdən əsər-əlamət də qala bilməzdi. Dostluğun sonu gəlmişdi.
Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən...təslim etdi... Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa (Şeytana) səcdə və ibadət edilər; o Yaradana əbədi alqış olsun! Romalılara 1:24-25
Əncir Yarpaqları
O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər... Yaradılış 3:7
Adəm və Həvva dərhal nəyin isə səhv olduğunu hiss etdilər. Onlar əvvəllər belə bir hissi yaşamamışdılar – bu çox narahat bir hiss idi – bu hissin adı təqsir və xəcalətdir. Onlar viran olmuşdu. Müqəddəs Kitab deyir ki, onlar qorxdular və həyatlarında ilk dəfə olaraq çılpaq olduqlarını anladılar. Vəziyyətdən çıxış yolu axtarıb bağa göz gəzdirdilər və...
...əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. Yaradılış 3:7
Ola bilsin onlar fikirləşdilər ki, zahirən görünüşlərini sahmana salsalar, Allah əsla onların daxilən dəyişildiyini görməz. Onlar sadəcə üstü açılmış məsələləri ört-basdır etməklə hər şeyin guya öz yolunda olduğunu göstərmək istədilər. Bu, artıq düz istiqamətindən sapmış dünyada insanın ortaya yaxşı bir şey çıxarmaq üçün ilk cəhdi idi.
Əncir ağacının yarpağı ilə başına çarə qılmaq məsələsində yalnız bir əngəl var idi. Mühakimə aradan qaldırılmadı. Yaxşı xarici görünüşün olması daxildəki reallığı əvəz etməmişdi. Kamillik uçub getmişdi. Təqsir hissi insanı içindən yeyirdi. Uçurum hələ də orada idi.
Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. Yaradılış 3:8
Yalnız təqsiri olan insanlar qaçıb gizlənir – insan öz dostundan gizlənməz. İndi Allahla insan arasında maneə, dərin bir uçurum yaranmışdı. Dostluqdan isə əsər-əlamət qalmamışdı.
Allah tələbkardırmı?
Bəziləri deyə bilər: ”Amma bu günah xırda bir şey idi axı, sadəcə meyvədən bir dişlək!” Doğrudur. Tanrı insanın yoluna böyük bir büdrəmə daşı aşırmamışdı. Əslində bu heç büdrəmə daşı da deyildi. Bağda Adəm və Həvva üçün yeməyə çoxlu ağac var idi. Allah insana ən balaca sınaq vermişdi və bununla insanın azad iradəyə malik olduğunu müəyyənləşdirmişdi.
Təsəvvür edin ki, cavan bir xanım tanışına rast gəlir. Bu adam ona dünyanın ən gözəl şəxsi kimi görünür. Tanış dediyimiz şəxs qadına real sevgi nümayiş etdirir – fədakarlıq edib xanıma xüsusi diqqət göstərir, ağrısını bölüşür, sevincinə şərik olur, ona aşiq olduğunu elan edir. Sonra xanım öyrənir ki, sən demə, bu kişinin başqa seçimi olmayıb – o, bu cür proqramlaşdırılıb ki, həmişə sevən, nəvaziş göstərən olsun... Görürsüz, bu, həmin o xanım üçün dəhşətli bir xəbər olardı, onu tam məyus edərdi. Bunların hamısı çox süni, mənasız, boş görünərdi və bu belə idi.
3. SƏN HARADASAN?
Şeytan Adəmlə Həvvanı aldadıb onları belə bir fikrə gətirmişdi ki, guya onlar Allaha tay ola bilər. İblis elə özü də əvvəl bu fikirdə olub Allahın yerini tutmaq həsrəti ilə yanardı. Lakin Allah insanı öz insani hissləri və fikirləri ilə idarə olunmaq üçün yaratmamışdır. Tanrının dediklərini yerinə yetirmək vacib idi, Tanrı isə insana demişdi ki,...
“...xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən”. Yaradılış 2:17
Onlar isə yedilər və bir anın içində hər şey dəyişdi. Allah necə demişdisə, o cür də baş verdi. Onun Sözü dəyişmədi. Allahın Sözü heç vaxt dəyişmir.

İnsanın qarşısında sadə bir seçim var idi və onun öhdəsindən çox asanlıqla gəlmək olardı. Lakin həmin yeganə və sadə bir seçim çox böyük dəyişiklik gətirdi. Bu seçim:
Yemək, ya da yeməmək,
İtaət etmək, ya da itaət etməmək,
sevmək, ya da sevməmək.
...bəşərin insan olduğunu müəyyən edirdi.
İnsan robot deyildi. İnsan öz azad seçiminə görə sevməyə qadir idi. Adəm və Həvva biri-birilərini gerçək məhəbbətlə sevirdilər, bu məhəbbət süni deyildi. Onların başlanğıcda Allaha olan itaətkarlığı və məhəbbəti də əsl itaətkarlıq və məhəbbət idi.
Qarşılarında duran sınaq o qədər də gözə çarpan görünməsə də, Rəbbin sözünə baxmamaq, hətta ən xırda şeydə belə, çox ciddi bir məsələdir. Bibliya deyir ki, Allah kamildir – O Müqəddəs və salehdir – və ən xırda günaha belə göz yuma bilməz. Müqəddəs Kitab birmənalı olaraq qeyd edir ki, itaətsizlik səhv hərəkətdir. Bu günahdır. 1 Şamuel 15:23
Bağın kol-kosası arasında gizlənib Rəbb Allahın yaxınlaşdığını eşidən Adəm və Həvva, görəsən, o an nə düşünürdü. Bu barədə Müqəddəs Kitabda qeyd yoxdur. Ancaq uşaq ikən məhəllədə topla oynayanda qonşunun pəncərəsinə topu vurub şüşəni qırmışsınızsa və həmin an qonşunuz işdən maşınla evə qayıdarkən törətdiyinizi görübsə, onda o vaxt Adəmlə Havvanın nə düşündükləri barədə fikri tuta bilirsiniz. Amma Adəmlə Həvvanın hərəkəti qapı qonşularına qarşı deyildi. Onlar kainatın Rəbbinə qarşı çıxıb, müqəddəs və suveren Allahın Sözünə itaətsiz yanaşmışdılar. İndi onların Xaliq-Sahibi nə desin? Küll-İxtiyar və qüdrətli Tanrı indi nə etsin?
Rəbb Allah Adəmi səsləyib dedi: “Haradasan?” Yaradılış 3:9
Ah, necə də rahat nəfəs almaq olar! Sən demə, Tanrının baş verənlər barədə xəbəri yox imiş. O heç Adəmlə Həvvanın harada olduğunu da bilmir ki! Onlar sanki iki uşaq qabdakı bütün şirniyyatı elə yenicə “hop” eləyib heç nə baş verməmiş kimi başlarını qaldırdılar. Sifətlərindən məsumluq yağırdı. Ah, bizimi axtarırsan?” Adəm danışmağa başladı:
...“Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm.” Yaradılış 3:10
O danışdı, amma sözlərində səhvə yol verdi. Bu, məktəbdən qaçan oğlana bənzəyir. Dərsdə olmadığı üçün valideynin yazmalı olduğu izahat məktubunu özü yazıb axırda imza yerinə “mənim anam” sözlərini yazan bu uşaq kimi Adəm də əvvəllər heç vaxt qorxu hissini yaşamadığını, çılpaq olması da onu heç vaxt narahat etmədiyini nəzərə almamışdı. Yediyi şirniyyatın qırıntıları onun üzünə yapışmışdı. Tanrı dedi...
... “Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?” Yaradılış 3:11
Suallar, suallar!
Nə üçün Allah bütün bu sualları verir? Məgər hər şeyi bilən Allah Adəm və Həvvanın harada gizləndiklərini bilmirdi? Allah onların nə üçün özlərini çılpaq hiss etdiklərini bilməzmi? Doğrudanmı Rəbb bu qədər məhdud idi ki, qadağan olunmuş meyvədən yeyib yemədiklərini müqəssirlərin özündən soruşmağa məcbur olsun? Məsələ bundadır ki, Allah baş vermiş hadisəni bütün təfərrüatı ilə bilirdi – lakin sual verməklə O, Adəm və Həvvaya kömək etmək istəyirdi ki, onlar nəyin baş verdiyini dəqiq başa düşsünlər. Onlar Rəbbə itaətsizlik etdilər. Onlar Allaha etibar etməkdənsə Şeytana uydular.
Bibliyanı vərəqlədikcə biz görəcəyik ki, Allah çox vaxt insana sual verməklə ona hər şeyi aydın görməyə kömək etmək istəyir.
Allahın təqsiri
Rəbbin verdiyi suallar Adəm və Həvvaya eləcə də imkan yaradırdı ki, özlərini təmizə çıxarsınlar.
Adəm dedi: “Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim.” Yaradılış 3:12
Oh-oh! Adəm meyvədən yediyini sanki boynuna aldı, amma yalnız Allahın yaratdığı həmin o qadın meyvəni ona verdiyinə görə. Adəm burada başqasının günahı ucbatından qurban olub!
“Təqsir Allahdadır”.
“Allah qadını yaratmasaydı ...qadın da mənə o ağacın meyvəsindən verməzdi və mən onu yeməzdim.” Hm, görürüsüz hər şey aydındır. Bu, Allahın təqsiri idi!
Rəbb Allah qadına dedi: “Sən niyə belə etdin?” Qadın dedi: “İlan məni yoldan çıxartdı, mən də yedim”. Yaradılış 3:13
Aha! Bax, indi həqiqət öz yerini tutdu. Sən demə, təqsir onların deyildir. Təqsirkar ilandır. Həvva da burada qurban olmuşdu. Əlbəttə, Allah ilanları yaratmasaydı ...onda qadın da heç günah etməzdi. Allah burada hər şeyi qatıb-qarışdırıb!
Allah ilanı heç sorğu-sual da tutmadı. Bəzi yumor ustaları deyir ki, onsuzda Tanrının qarşısında durmaq üçün ilanın ayaqları yox idi. Həqiqət isə burada ondan ibarətdir ki, həm Adəm, həm də Həvva öz razılıqları ilə günah işlətməyi seçmişdilər. Allah onlara imkan yaratmışdı ki, onlar günahlarını açıq etiraf etsinlər, onlar isə bu imkanı əldən buraxdılar – onlar təqsirlərini boynuna almaqdan imtina etdilər.
Onlar nə dedilər:
Adəm: Adəm dedi: “Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim.”
Həvva: Qadın dedi: “İlan məni yoldan çıxartdı, mən də yedim.”
Başqalarını təqsirləndirmək zərər görənin düşüncə tərzidir.
Onlar nə deməli idilər:
Adəm: “Ey Allah, Sənin qarşında təqsirliyəm. İtaətsizlik göstərib Sənin əmrini pozmuşam və həmin o meyvədən yemişəm. Mən günah işlətmişəm. Yalvarıram məni bağışla. ”
Həvva: “Ey Rəbb Allah, mən də Sənin əmrinə itaətsizlik edərək günah işlətmişəm. Aramızdakı münasibətlərin bərpa olunmasını istəyirəm. Xahiş edirəm, mənə bunun yolunu göstər.”
Öz hərəkətlərinə görə məsuliyyət i hiss edən adam bərpa üçün yollar axtarar.
Adəmlə Həvvanın dediyi sözlər səhv idi. Kim bilir, onlar həqiqətən də günahlarını boynuna alıb tövbə etsəydilər, bəlkə də Tanrı necə isə - Öz yolu ilə - onlarla dostluğunu elə oradaca bərpa edərdi. Biz bilmirik.
Tanrı Adəmlə Həvvanı məhv etmədi. Hakim və cəllad biz olsaydıq əgər, hər ikisinə çoxdan edam cəzasını oxuyub məsələlərini həll edərdik. Ancaq Tanrının göstərdiyi məhəbbət bizim təsəvvür edə biləcəyimizdən xeyli yüksəkdir.
Vəd
İnsanın işlətdiyi ilk günahın ağır nəticələri bütün bəşəriyyətə öz təsirini göstərmiş oldu. Sonradan görəcəyik ki, Adəm və Həvva öz hərəkətləri ilə bütün insan irqini təmsil edirdi. Etdikləri günah lənətlə nəticələndi, lakin Allah da insanı sevdiyinə görə vəd verdi.
Rəbb Allah ilana dedi: “Sən bunu etdiyin üçün... Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan”. Yaradılış 3:14-15
Bu cümlələri dərindən araşdırmağa dəyər. Burada söhbət qadınlarla ilanlar arasında nifrət hissinin yarandığından getmirdi. Xeyr, verilən vədin iki tərəfi vardır.
İblis və onun dalınca gedənlər
“Rəbb Allah ilana dedi: “sən bunu etdiyin üçün ...
Mən səninlə... sənin balanla... düşmənçilik salıram.
...... sənin başından..., sən də ....sancacaqsan
Qadın və onun övladı (oğlu)
qadın arasına,...
onun övladı arasına...
Bu övlad ..vuracaq ...onu dabanından...
Rəbb Allah burada deyir ki, bir gün O, insanı Şeytanın əlindən qurtaracaq. Qadından doğulacaq bir oğlan uşağı Şeytanın başını əzəcək və bu zərbə Şeytanın aqibətini təyin edəcək. Düzdür, Şeytan da uşağı sancacaq, amma yalnız onun dabanından – bu, müvəqqəti bir zədə olacaq və o, tezliklə sağalacaq.
Həvvanın gələcək övladı barədə verilən bir çox vədlər arasında birincisi məhz bu vəd idi. Həmin oğlan uşağı Məsh olunmuş kimi tanınacaqdı, çünki Allah ona yerinə yetirmək üçün xüsusi tapşırıq verəcəkdi. Bu seçilmiş şəxs üçün Tanrının tapşırığı bütün bəşəriyyəti günahın nəticəsindən və Şeytanın qüdrətindən qurtarmaq və ya xilas etməkdən ibarət idi. Elə buna görə də onu Vəd olunmuş Qurtarıcı kimi də tanıyacaqdılar. Adəm və Həvva üçün bu çox yaxşı bir xəbər olmalı idi.
Qurtarıcı barədə vəd Allahın xarakterini göstərən adlar siyahısına daha bir adı əlavə etdi. O, indi xilas edən şəxs kimi, ya da Xilaskar kimi tanınacaqdı.
“...Məndən başqa Allah, ədalətli Allah və Qurtarıcı (Xilaskar) yoxdur. Məndən başqası yoxdur. Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar, Mənə tərəf dönün və xilas olun! Çünki Mən Allaham və başqası yoxdur!” Yeşaya 45: 21-22
Lənət
Artıq gördüyümüz kimi günahın öz nəticələri var. Nəticələr qaçılmazdır. Elə cazibə qanunu ilə olduğu kimi, bu qanuna tabe olmayan nəticədə əlini-ayağını sındırır. Beləliklə, Allahın Kəlamını pozan da payına düşən nəticəni alır. Allah Adəmlə Həvvanın günahına barmaqarası baxa bilməzdi. Tanrı belə deyə bilməzdi: “Əşi, unut getsin.” və ya “Başqa əlacın yox idi. Biz buna göz yumarıq, elə bil ki, belə şey heç olmayıb da.” ya da “Elə belə balaca bir günah idi də.” Xeyr. Zərər artıq vurulmuşdu. Təqsir Adəmlə Həvvada idi. Bir günahın nəticəsində cəza öz yerini almışdı. Həmin günah özü ilə qorxu və xəcalət gətirmişdi. Bir günah bir çox günahlar üçün yol açdı. Yer üzü və onu dolduran hər şey lənətdən əzab çəkdi. Heyvanlar, dəniz, quşlar, hətta torpağın özü də bunun təsirini yaşadı. Xilqət öz kamilliyini itirdi. Lənətin nəticəsi olaraq, Bibliya deyir ki,...
...bütün yaradılış indiyəcən birlikdə inildəyib ...ağrı çəkir. Romalılara 8:22
İndi insan dünyaya doğuş ağrısı ilə gələcək və onu ölüm əzabı ilə tərk edəcəkdi. Bu planetdə yaşadıqca həyat ədalətsizlik, tər və əzab-əziyyətlə dolu olacaqdı. Tanrı Adəmə deydi:
“Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən, ona görə ki, yerin torpağısan, torpağa da qayıdacaqsan”. Yaradılış 3:19
Həyatın tikan və qanqalları, istər sözün əsl mənasında, istərsə də məcazi mənada, insan həyatına ağrı gətirəcəkdi və onu yaşamaq uğrunda mübarizəyə qoşacaqdı. İnsan özünü kədərdən əmələ gələn zəncirvarı təsir altına saldı. Lakin işlətdiyi günahın ən acı nəticəsi ölüm idi və Tanrı bu barədə onu qabaqcadan xəbərdar etmişdi.
Həvvanın balası Vəd olunmuş Qurtarıcıdır
4. ÖLÜM
"Rəbb Allah insana əmr edib dedi: “Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, ondan yeyən gün hökmən öləcəksən.” Yaradılış 2:16-17
Adəm və Həvva Allahın xəbərdarlığına əhəmiyyət verməməyi seçdikləri an, sözün əsl mənasında Allahı sınağa çəkdilər ki, görsünlər: “Görəsən, Tanrı Öz sözünün üstündə duracaq? Dediklərini edəcəkmi? İnsan ölərmi? Bəlkə Tanrı elə belə danışıb hədə-qorxu gəlirdi?” Müqəddəs Yazı buna ifadəli sözlərlə cavab verir:
“Amma göyün və yerin keçib getməsi Qanundan (və ya Allahın Sözündən) bir nöqtənin düşməsindən daha asandır.” Luka 16:17
Biz ölüm haqqında danışmağı xoşlamırıq. Bu qadağan olunmuş bir mövzudur. Mən bütün dünyanı gəzib səyahət etmişəm, planetimizin ən ucqar nöqtələrində belə cəmləşmiş bəzi insan qruplarına baş çəkmişəm və elə bir cəmiyyətə rast gəlməmişəm ki, onlar ölümdən zövq alsınlar. Mən bir çox açıq qəbirlərin önündə durmuşam, bunların bəziləri Kilsə bağçalarında, bəziləri isə cəngəlliklərdə olub – onların hamısını ümumiləşdirən bir cəhət olubsa bu da qəm-qüssədir. Ölümün mənasına gəldikdə insan qəlbinə bir şey yaxşıca həkk olub ki, ölüm ayrılıq deməkdir. “Sevdiyimiz adam bizi tərk edib əbədi yuxuya getdi” deyərlər. Belə vaxtlarda yaşadığımız itki və ayrılıq hissi əslində bizi Müqəddəs Yazının həmin sözə aid verdiyi mənaya yaxınlaşdırır. Bibliyada ölüm sözü bir növ ayrılığı nəzərdə tutur. Bu sözün mənasında məhv olmaq və ya mövcudluğunu bitirmək kimi fikirlər yoxdur.
Bunu da anlamaq faydalı olar ki, ölüm öz mənşəyindən kəsilib atıla bilməz – ölüm günaha görə baş verdi. Bibliya bu haqda bəhs edərkən, onu səhv əməlin haqqı və ya qazandığı bir şey kimi təqdim edir. İnsan gördüyü işə görə maaş aldığı kimi...
...günahın əvəzi ölümdür... Romalılara 6:23
Müqəddəs Yazı ölüm haqqında bir sıra müxtəlif yollarla danışır. Biz bunlardan üçünə baxacağıq.