суббота, мая 14, 2011
The Stranger on the Road to Emmaus - 026
Müharibə
Allah Şeytanı və onun ardınca gedən demonları Göylərdən qovsa da, onlar hələ də çox böyük gücünü və intellektini qoruyub saxlamışdılar. İndi onlar Haqq-Taalanın düşmənlərinə çevrilmişdilər. Bu, hər şeyi əhatə edən bir müharibə olacaqdır. Şeytan bütün xeyirxahlığa, Allahın planlaşdırdığı hər əmələ və Allahın dəstəklədiyi hər şeyə qarşı çıxacaqdır. Şeytan iyrənc müharibə aparacaqdır.
Şeytanın qaldırdığı üsyandan dərhal sonra hansı hadisələrin dəqiqliklə baş verdiyi barədə biz yalnız öz fərziyyələrimizi irəli sürə bilərik. Az qala belə bir səhnəni görmək olar ki, İblis paxıllıq və nifrətlə alovlanır. O öz kələkbaz gözləri ilə kainata göz gəzdirir və sanki Allahın silahları arasında ən zəifini axtarır.
Allahın silahları arasında zəifi yoxdur!
Amma Allahla hesablaşmaq üçün bir çarə olmalıdır axı!
Şeytanın gözü yer üzünə düşür… və orada o insanı görür.
Yavaş-yavaş dişlərini ağartmağa başlayır.
Allah demişdimi ......?
Allah insanı yaradanda, onu sadəcə yer üzünə yerləşdirib getmədi. Bibliyada deyir ki, Allah Adəm və Həvvaya bağda baş çəkirdi. Müqəddəs Kitabda bu elə adi qaydada yazılıb ki, düşünmürəm kimsə bunun müntəzəm hadisə olduğu barədə şübhə etsin. Müqəddəs Yazının bir sıra yerlərində qeyd olunur ki, Allah insan cildinə girməklə Özünü insanlara göstərib. Elə bu baş çəkmə də o onlardan biri idi. Adəm və Həvva öz Xaliq-Sahibləri ilə yaxın münasibətdə olublar, Allah da onların hər ehtiyacının qayğısına qalırdı.
Yalançı
Amma sonra Şeytan oğru kimi bağa soxuldu. O, şeypurların sədaları altında bağa girmədi ki, özünün kim olduğunu və nə işlə məşğul olduğunu bəyan etsin. Xeyr, şeytan bundan qat-qat hiyləgərdir. Müqəddəs Kitab bizə deyir ki, Şeytan böyük yalançıdır – iblisdir. O, dəyişməz həqiqəti deyə bilmir.
...iblis... O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır. Yəhya 8:44
Bu mətnin Yunan dilindəki əslinə baxsaq görəcəyik ki, yalan sözü pseudos sözünün tərcüməsidir. Onun mənası isə belədir – bilərəkdən və düşünülmüş qaydada yalan danışmaq. Biz bu sözü özümüz də işlədirik. Burada yamsılama nəzərdə tutulur.
Bir neçə il bundan əvvəl mən məşhur bir jurnalda Şeytan barədə məqalə oxuyurdum. Orada onun şəklini qırmızı bədəndə, başında buynuzları, nazik quyruğu və əlində ot yabası tutan kimi təsvir etmişdilər. Onun bütövlüklə iyrənc dona salmışdılar. Lakin Bibliyaya görə bu şəkil ifrat dərəcədə aldadıcıdır. Bibliyada deyir ki,...
...Şeytan da işıq mələyi cildinə girir. 2 Korinflilərə 11:14
O öz cəzbedici şöhrəti ilə varid olur, bacardığı qədər də özünü Allaha bənzədir. İblisi, yəqin ki, əynində qara dindar libası olan yaraşıqlı cavan adam kimi təsvir etmək daha yaxşı olardı. Şeytan dini sevir. O böyük məharətlə həqiqətin tərini çıxarır, onu yamsılayır. Ancaq ona etibar etmək olmaz, çünki, təbiətinə görə o fırıldaqçıdır, saxtakardır, özündən uydurduğu yalanı danışan nağılbazdır.
Mən əminəm ki, qırmızı “kostyumda” və əlində yabası ilə təqdim edildiyindən Şeytan olduqca məmnun idi. Əgər insanlar uydurulmuş şeyi səhv yolda axtarırlarsa, onda onları aldatmaq da asandır. Jurnalda yazılmış belə bir ifadə də - “İlahiyyatçılar “Köhnə Cırmaq atanı” əməlli başlı cırmaqlayıblar” – şeytanın lap ürəyincə olardı. Yəni buradakı məna odur ki, şeytanın mövcudluğuna artıq heç kim inanmır. İlahiyyatçılardan istifadə edib İblisin əfsanə olduğuna insanları inandırmaqdan daha yaxşı yalan nə ola bilər ki!
Yalan
Beləliklə Şeytan bütün hiyləgərliyini səfərbər edib Eden bağına gəldi. Özü də şeypursuz, təmtəraqsız. O, ilan cildində gəldi. Bu sürünən heyvan tez-tez İblislə eyniləşdirilir. İnsanların və heyvanların içində yaşayıb, onların dili ilə danışan və onları anormal şeylər etməyə vadar edən murdar ruhlar barədə Bibliyada bəzi hallar qeyd olunur. Bəhs etdiyimiz halda isə Şeytan sürünənin dili ilə danışdı. O, Həvvaya müraciət etdi.
Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: “Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib? Yaradılış 3:1
İlanın adam dili ilə danışması Həvvanı heç də narahat etməmişdi. Təbii ki, Tanrının yaratdığı aləm barədə Həvva hər gün özü üçün yeni və heyrətamiz kəşflər edirdi. Danışan ilana baxanda, Həvva, yəqin bunun da daha bir yeni məxluq olduğunu sandı. Əslində isə biz bilmirik.
Şübhə
Hər-halda maraqlısı odur ki, Şeytan Həvvaya yaxınlaşıb Allah barədə sual verdi. O, Həvvanın ağlına nəyisə yeridirdi, halbuki Həvva bu barədə heç vaxt fikirləşməmişdi də – heç məxluq da Xaliqinə sual verə bilər? Bu sual çox yumşaq tərzdə meydana daxil oldu. “Doğrudanmı, Allah... deyib?”
“Yəni, doğrudan – Allah doğrudan da belə deyir?
İnsana “Yox, ola bilməz, sən zarafat edirsən” sözləri ilə yaxınlaşmaqla, Şeytan sanki Rəbbin sözünə dair insanın sadəlövh olduğunu düşünürdü.
“Böyük ehtimal ki, Allah səndən yaxşı bir şeyi gizlədir. Yəni, sən bunu haradan biləsən? Rəbb heç də özünü göstərdiyi kimi xeyirxah və başqalarını sevən deyil”.
Bu, İblislə bağlı istifadə olunan bir idiomdur, onun Müqəddəs kitabla heç bir əlaqəsi yoxdur.
Burada Allahın axıra qədər səmimi olmadığına və tam açıq danışmadığına işarə var idi. Şeytan insana sözdə qayğıkeşlik göstərməklə və sanki onun maraqlarını güdməklə diqqəti özündən yayındırmışdı. İblis Allahın xeyirxahlığını saxtalaşdırmışdı. Onun təhrif edilmiş məntiqi Allahın Sözünü sual altına qoydu və bununla o, insanın ağlında şübhə yaratdı.
Bundan başqa, Şeytan Allahın qadağan etdiyinə öz sözlərini əlavə etmişdi. Allah hər ağacdan yeməyi qadağan ETMƏMİŞDİR. O yalnız bir ağacın adını çəkmişdi – bu, xeyir və şəri bilmə ağac idi. Amma burada Şeytanın öz məqsədi var idi və Allahın Sözünə söz qoşmaqla o istədiyi nəticəni ala bilmişdi.
Qadın ilana dedi: ”Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!” Yaradılış 3:2-3
Həvva Tanrını müdafiə etməyə çalışdı, hərçənd Tanrının kim tərəfindən isə müdafiə olunmağa ehtiyacı yoxdur. Vəziyyətdən qeyrətli çıxsın deyə Həvva Allahın əmrinə əlavə etdi. Allah insana demişdi ki, o, həmin ağacdan yeməsin, amma ağaca toxunmamaq barədə heç nə deyilməmişdi. Allahın Sözünə nəyi isə əlavə edəndə sən həmişə ondan nəyisə çıxarmış olursan. Həvva əlavə etdiyi sözlərlə Allahı olduğundan daha çox tələbkar göstərdi və nəticədə Onun xarakterinə xətalı etdi. Bibliyaya nəyi isə əlavə etmək və ya ondan nəyi isə çıxarmaq – İblisin peşəsidir və İblis öz sənətinə insanları dəvət edir. O, çaşqınlıq yaratmaqdan ləzzət alır. İblisin qoşduğu söz çox xırda idi, ancaq ona elə bu lazım idi. Artıq bu məsələdə əl yeri qoyulmuşdu.
İnkar
İlan qadına dedi: “Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız.” Yaradılış 3:4-5
Allahın Sözünü sual altına qoyması azmış kimi Şeytan onu açıq-aşkar inkar da etdi və abırsız-abırsız Allahı yalançı adlandırdı. Bəli, ağacın meyvəsindən yeməmək əmri verilmişdi, amma Şeytan buna öz uydurma səbəbini irəli sürdü – guya Tanrı qorxurdu ki, Adəm və Həvva o meyvədən dadsalar çox şeyi biləcəklər. Böyük məharətlə Şeytan həqiqəti yalanla qarışdırmışdı. Bəli, doğrudur, onların gözləri açılacaqdı və onlar xeyirlə şəri biləcəkdilər. Lakin onların Allah kimi olub Onun bütün keyfiyyətlərinə yiyələnməsi təbii ki, yanlış idi. Onların ölməyəcəklərinə də inanması səhv idi. Şeytan düşünülmüş qaydada və bilərəkdən aldadırdı. Allahın Sözünə qarşı çıxmağın nəticəsi ilə elə öz təcrübəsindən yaxşı tanış olsa da, o, getdiyi uçuruma insanı da qoşmaq üçün amansız hiyləsinə əl atmışdı.
İtaətsizlik
Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə verdi, o da yedi. Yaradılış 3:6
Şeytan məqsədinə nail oldu. Biz sanki onun bağda durub bütün aləmə qəhqəhə çəkməsini eşidirik. Şeytan, adəti üzrə, işini görüb aradan çıxmışdı. O həmişə belə edir. Bibliya deyir:
...iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. 1 Peter 5:8
İblis, ələ keçirdiyi qurbanın ətinin yeyib sümüyünü kənara atandır. Gələndə o özünü təminat mənbəyi kimi göstərər, insana kef verər, güzəranını məzə ilə doldurar – ancaq bunların hamısı müvəqqəti və çox vaxt boş şeylərdir. Əslində isə, Şeytanın verməklə arası yoxdur. Verdiyi şey də yalnız ürək ağrısı olar. Şeytandan yoldaş çıxmaz, o qəddar və amansızdır.
İllər boyunca bəzi insanlar Allahın əmrinə qarşı itaətsizlikdə yalnız qadını günahlandırır. Lakin Həvvanın Şeytanla söhbəti zamanı, görünür onun əri də onun yanında idi. Adəm bir çarə qıla bilərdi ki, arvadı meyvəni yeməsin, ələlxüsus da özü həmin meyvədən yeməməli idi. Ancaq hər ikisi həmin meyvədən yedilər.
Adəmlə Həvva analarının sözünə baxmayıb küçəyə çıxan və orada özləri üçün oynayan uşaqlar kimi hərəkət etmişdilər. Sözə baxmayan uşaqlar fikirləşir ki, haranın təhlükəsiz və məzəli olduğunu onlar analarından daha yaxşı bilir. Onlar bununla analarının təhlükəsizlik barədə biliyinə tam etibar etmədiklərini göstərir, valideynin səlahiyyətinə xor baxır. Adəmlə Həvva da düşündülər ki, onlar özləri üçün nəyin yaxşı olduğunu Allahdan daha yaxşı bilir və fikirlərində artıq günah işlətdilər. Öz seçimləri ilə onlar durduğu mövqeyi açıqladılar. Onlar Xaliqinə bel bağlamadılar – Allahın dediyi sözün həqiqət olduğuna əminsiz yanaşdılar.
İblisin yalançı olduğunu onun düz üzünə demək üçün Adəm və Həvvada hərtərəfli əsas var idi. Lakin onlar Allaha inanmaqdansa Şeytana inanmağı seçdilər. Onlar Allahın aydın şəkildə dediyi təlimata itaətsizlik göstərib İblisin qiyamçı ordusuna qoşuldular.
...dünya* ilə dost olmaq istəyən özünü Allaha qarşı düşmən edər. Yaqub 4:4
* Burada Şeytanın təsiri və nəzarəti altında olan dünya nəzərdə tutulur.
Etdikləri seçim öz təbii nəticəsini vermişdi. Adəm və Həvva Allahla olan dostluğu tərk edib, Şeytana qoşuldular. Təmiz və kamil dünyada yaşamağı rədd edib onlar qadağan edilmiş aləmi dadmaq istədilər.