среда, мая 04, 2011
The Stranger on the Road to Emmaus - 023
Mükəmməl, saf, müqəddəs
Kainat yaradıldıqca Müqəddəs kitab dönə-dönə deyir ki,...
Allah gördü ki, bu, yaxşıdır. Yaradılış 1:25
Bu kiçik ifadənin də öz dərin mənası var. Tanrı yaradanda, O doğrudan da hər şeyi yaxşı düzəltmişdi.
Allahın yolu kamildir, Rəbbin kəlamı safdır. Məzmur 18:30
Biz özümüz saf bir şey düzəldə bilmərik. Düzəltdiyimiz və ya hasil etdiyimiz yetərincə məqbul ola bilər, amma yenə də bunun öz nöqsanları olacaq. Allah isə yaradanda, O hər şeyi qüsursuz etmişdi.
Bibliya deyir ki, Tanrı Özü kamildir – ləkəsizdir. Həmin kamilliyin amillərini təsvir etmək üçün biz müqəddəs və saleh sözlərindən istifadə edirik.
Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Yeşaya 6:3
Əməllərində ehtişamı, əzəməti görünür, salehliyi əbədi qalır. Məzmur 111:3
...Müqəddəs Allah salehliyi ilə Müqəddəsliyini göstərəcək. Yeşaya 5:16
Bibliyanı araşdırdıqca biz bu sözlərə daha dərin nəzər hələ salacağıq. Lakin indi isə, sadəcə yadımızda saxlayaq ki, Rəbbin kamil təbiətinə aid amilləri təsvir etmək üçün müqəddəs və saleh sözlərindən istifadə olunur.
Tanrının ali müqəddəsliyini şişirtmək mümkün deyil. Bütün hekayəmiz boyunca həmin amil diqqət mərkəzində olmalıdır. Onu nəzərdən qaçırmaq olmaz, çünki o parça olmada şəklimiz alınmaz – “puzzle” oyununda olduğu kimi. Kitabı oxuduqca bunu yadda saxlayın.
Kamillik Allahın xarakterində təməllərdən biridir. Allah kamil olduğu üçün yalnız O yaratdıqlarını kamil yarada bilərdi. Yaradılış dəyişildi, biz bunu bir qədər sonra görəcəyik, lakin başlanğıcda hər şey mükəmməl idi! Tanrı dedi ki, bu, yaxşıdır. Kamil idi.
Tanrı qeydinə qalandır
Tanrı bütün bitki və heyvan aləmində olanları ağ-qara da yarada bilərdi. Amma bunun əvəzinə O hər şeyə o qədər rəng və çalar verdi ki, adam heyrətə gəlir. Tanrı təkcə rəng icad etmədi, bu rəngi görmək üçün O, göz də yaratdı.
Allah-tala külli miqdarda dadlı yemək çeşidləri üçün də yer ayırmışdı. O elə edə bilərdi ki, bütün yeməklər balqabaq dadını versin! Bəlkə bəzilərini balqabaq qane edər, amma balqabaqdan xoşu gəlməyənləri də yəqin ki, hamımız tanıyırıq. Rəbb böyük çeşiddə ədviyyat yaratmaqla yanaşı sayı-hesabı olmayan yemək növlərində onların ətrini dadmaq üçün də bizə şərait yaratdı.
Allah gül-çiçəklərə xoş rayihə, təravətli ətir verməklə yanaşı onları iyləmək və fərqləndirmək üçün burun da bizə verdi. Hər şey iylənmiş yumurta qoxusunu verə bilərdi, amma Tanrının yaratdığı fərqli idi.
Tanrı bitki aləmini yaradanda bir neçə bitki növü ilə də kifayətlənə bilərdi. Belə baxsaq, doğurdanda, insanın ehtiyacını bununla ödəmək olardı. Amma Rəbbimiz həqiqətən də qeydimizə qalan Tanrıdır. Müqəddəs Kitab deyir ki, Tanrı ...
...zövq almağımız üçün bizə hər şeyi bol-bol verəndir. 1 Timoteyə 6:17
Təbiətdə bu qədər çeşid yaratmaq üçün Allahın hədsiz qüdrəti və qabiliyyəti vardır, amma bununla yanaşı Onun bu qüdrətində nəvaziş də var idi. O Özünü tanıdanda yaşadığımız dünyada qayğımıza qalan yaxşı Allah kimi tanıdır.
Tanrı Öz yaratdıqları ilə hələ də bəşəriyyəti heyrətə gətirir. Əsrlər boyunca, insan nəzərindən çox şey hələ də gizli qalıb, çünki biz baxıb, çox şeyi anlaya bilmirik. Amma, elektron mikroskoplar, nəhəng teleskoplar və digər texnologiyanı inkişaf etdirdikcə biz həmin o gizli qalan sahələrin bəzilərinə nəzər yetirə bilirik. Qarşımızda açılan yeniliklər isə, bizim üçün heç də darıxdırıcı görsənmir. Əksinə, yeni şeyləri aşkar etdikcə biz daha da valeh oluruq və heyrətləndikcə biz daha çox başa düşürük ki, öyrənəcək hələ çox şey var. Bunların hamısını isə əzəldən bəri Kül-İxtiyar Allahımız yaradıb.
Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz. Məzmur 145:3
Kainatın yaradılışı tamamlanmaq üzrə, Tanrı, altıncı gündə günəş batana qədər daha bir addım atacaqdı. Tanrı, kişi və qadını yaradacaqdı.
3 Kişi və Qadın
Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, onu yaşamaq qurdu. O deyir: “Mən Rəbbəm, başqası yoxdur!” Yeşaya 45:18
Altıncı gün (davamı)
Altıncı gün heyvanların yaradılışı ilə başlamışdı. Bax burada hekayəmiz tamamilə yeni istiqamət alır. Bu ana qədər, Tanrı dünyanı məskunlaşma yeri olaraq hazırlayırdı. Yaradılış səhnəsini seyr edən mələklər yəqin ki, fikrə getmişdilər: “Görəsən, bu tamaşanın finalına Tanrı nə hazırlayıb? Bəlkə Tanrı dünyanı elə mələklərin özü üçün yaradıb?” Mələklərin belə düşünüb-düşünmədiyi barədə biz bilmirik, amma bir şeyi dəqiq deyə bilərik ki, sonda insanı yaratmaqla Tanrı yenə də seyrediciləri heyrətləndirdi.
Sonra Allah dedi: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin”. Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Yaradılış 1:26-27
Yəqin ki, düşünürsünüz: “Görəsən, Tanrı – Öz surətimizə və bənzərimizə görə insanı yaradaq – deyəndə kiminlə danışırdı?”
Tanrının surəti
Bibliya deyir ki, Rəbb insanı Allahın surətində yaratdı. İndi, bu o demək deyil ki, biz Allahın dublikatlarıyıq – bu aydın məsələdir. Heç birimiz hər şeyi bilməyimizlə, bütün qüdrətə malik olmağımızla və ya eyni zamanda hər yerdə mövcud olmağımızla öyünə bilmərik. Müqəddəs Kitab eləcə də demir ki, biz balaca allahlarıq. İnsan bir güzgü kimidir, o, qarşıda dayananın şəxsin surətini əks etdirir, özü isə həmin o şəxs deyil. İnsana baxanda görürsən ki, onunla Allah arasında çoxlu ümumi məqamlar var.
Hər şeydən əvvəl, Tanrı insanı yaradanda ona ağıl verdi. Sanki, Tanrı bizə öz zəkasından bir pay verib. Ağlımız olduğuna görə biz araşdıra bilirik, anlayıb nəyisə düzəldə bilirik. Bütün bu qabiliyyətlər Allahındır. Amma zəkamız olsa da, biz hər şeyi bilmirik. Doğrudan da, biz hamımız bu dünyaya biliksiz olaraq doğulmuşuq. Biliyə yiyələnmək üçün oxumaq, öyrənmək lazımdır.
Tanrı insanı yaradanda, ona emosiyalar verdi. Emosiya sözü pis mənada da işlənə bilər, amma onun yaxşı cəhəti də vardır. Hiss etmək qabiliyyəti insan varlığının çox vacib amilidir. Hisslər olmadan, sizin insanlara verdiyiniz cavab robotun cavabına bənzər bir cavab olardı – yəni, soyuq və hesablanmış. Emosiyası olmayan robotdan fərqli olaraq Müqəddəs Yazı deyir ki, Rəbbimiz şəfqətlə doludur; O nəzakətlidir; ədalətsizliyə O qəzəblidir. Tanrımız ürəksiz, nəvazişsiz olub sevmək və ya şəfqət göstərmək gücünə malik olmasaydı, bu çox qorxulu bir mənzərə olardı. Allah bizə hisslər verib, çünki Özünün də hissləri var.
Allah insana eləcə də iradə verdi. İnsanın qərar çıxarmaq qabiliyyətinə çox vaxt barmaqarası baxılır. Lakin nəyi isə seçmək və nəyə isə üstünlük vermək qabiliyyəti insanın qarşısında sayı-hesabı olmayan çeşidlər arasında öz seçimini etmək imkanını yaradır. Kimin isə xoşuna düyü gəlir, digərləri isə kartofa üstünlük verir. Səhər yeməyinə üzüm də seçə bilərsən, alma da, ya da portağal şirəsi götürə bilərsən. Seçimlərə məhdudiyyət yoxdur.
Bizi robotlardan fərqləndirən cəhətlərdən biri də elə seçmək qabiliyyətidir. Robotlar öz başına qərar çıxara bilməz – onlar yalnız proqramlarında yazılmış addımları ata bilərlər. İnsana isə iradə verilib ki, o, robot kimi yox, amma sərbəst şəkildə, Tanrının qayğısını və niyyətində insan üçün ən yaxşısı olduğunu dərk edərək Tanrının ardınca gedə bilsin.
Zəka, emosiyalar və iradə insanın Tanrının surətində yaradıldığına işarə edən amillərdir. Biz bunu təsdiqləyən digər sahələrə də nəzər sala bilərik, lakin gəlin hekayəmizi davam edək. Bibliya deyir ki, ...
Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. Yaradılış 2:7
Həyat nəfəsi ifadəsi çox vaxt ruh ya da insanın qeyri-maddi hissəsi ilə əlaqələndirilir. Bu isə Allahın surətinin daha bir əksidir, çünki Tanrı Ruhdur. Öncə qeyd etdiyimiz kimi ruhları gözlə görmək mümkün deyil, çünki onların bədəni olmur. İnsana gəldikdə isə, Allah insan ruhuna cisimdən və sümüklərdən ibarət olan fiziki ev vermək qərarına gəldi – həmin ev isə yerin torpağından düzəldilmişdi. Ev, yəni bədən düzəldikdən sonra, eləcə öz yerində mükəmməl, lakin tamamilə cansız olaraq qalacaqdı. Bu vaxt Tanrı insanın daxilinə ruhu üfürdü ki, badən cana gəlsin. Yalnız Allah həyat verə bilər. Bu qabiliyyət nə mələklərdə var, nə də ki insanda. Biz yenə də görürük ki, Rəbbimiz bütün yaratdıqlarından seçilir – O, bunların hamısından böyükdür.
Köməkçi
Tanrının yaratdığı ilk və yeganə insanın adı Adəm idi. Adəm sözünün mənası “insan” deməkdir. Bundan sonra Tanrı qadını yaratdı.
Rəbb Allah yenə dedi: “İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam”. Yaradılış 2:18
O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar. Yaradılış 2:21-22, 25
Yuxarıda qeyd olunan Müqəddəs Yazının bu bir neçə bəndi meydana gərgin mübahisələr çıxarıb. Bəziləri bu parçanı oxuyub belə qənaətə gəliblər ki, guya Tanrı qadını yaradanda onu ikinci dərəcəli insan edib. Bu heç də belə deyil. Tanrı qadını kişinin yan tərəfindən götürdü ki, ona köməkçi olsun. Tanrı qadını kişinin topuğundan götürmədi ki, onun köləsi olsun. Adəm arvadına Həvva adını qoydu, onun mənası isə yaşamaq, həyat vermək deməkdir.
Kamil bağ
Tanrı Adəmlə Həvvanı xüsusi bir bağda yerləşdirdi. O bu bağı onlar üçün yaratmışdı. Bağ Eden bağı adlanırdı.
Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. Yaradılış 2:8-9
Tanrının saldığı bağla dünyadakı heç bir bağ və heyvanat parkı müqayisə də edə bilmərik. O mükəmməl cənnət bağı idi – füsunkar təbiəti, büllur kimi təmiz suyu və içində cürbəcür balıqları, böyük çeşiddə heyvanları olan sözlə təsvir olunmaz dərəcədə gözəl bağ idi. Oranın havası da fərqli idi. Bibliya deyir ki. ...
Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi... Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. Yaradılış 2:5-6
Edeni ağlımızda belə canlandırmaq istəsək bizə çətin gələr. Amma bir şey yəqindir ki, Tanrının yaradığı bağda Adəmlə Həvvaya həyat uğrunda mübarizə aparmaq lazım gəlmirdi. Bu bol nemətli bir bağ idi, insanların ehtiyacı olan hər şeyin tədarükünü Tanrı orada görmüşdü. Ora kamil bir aləm idi, necə deyirlər “gir yaşa”.
Xaliq-Sahib
Allah-tala Adəmlə Həvvadan Eden yaşamaq istəyib-istəmədikləri barədə soruşmadı – Tanrı insanlar üçün nəyin ən yaxşı olduğunu yaxşı bilirdi. Tanrı heç kim ilə məsləhətləşmədən hərəkət edə bilərdi, çünki O özü Xaliq olduğu kimi, eləcə də Sahib idi. (Yadınızdadır həmin o tayfadakı nümunə? Kanoenin avarını düzəldən elə həmin o avarın da yiyəsidir.)
Ya Rəbb, əzəmət, qüdrət, calal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir və Hökmdar olaraq hər şeydən ucasan . 1Salnamələr 29:11
Rəbbindir yer üzü və orada mövcud olanlar, dünya və orada yaşayanlar. Məzmur 24:1
Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, xalqıyıq... Məzmur 100:3
Tanrı mələkləri yaradıb ona görə də mələklər Ona məxsusdur. İnsanla da elədir. Rəbb Allah insanın Xaliqi olduğu üçün insan Ona məxsusdur. Necə ki mələklərə Tanrının xidmətçiləri olmaq vəzifəsi verilib, insana da Tanrı tərəfindən məsuliyyət ötürülüb ki, insan yer üzünün qeydinə qalsın.
Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. Yaradılış 2:15