вторник, октября 19, 2010
The Stranger on the Road to Emmaus - 018
Allah dedi
Dünyanın yaradılması barədə Müqəddəs Kitab bizə sadə və yığcam şəkildə xitab edir. Ən heyrətləndirici məlumat belə bir-iki kəlmə ilə diqqətimizə çatdırılıb. Misal üçün, Tanrının yaradıcılıq işində istifadə etdiyi vasitələr mövzusuna Müqəddəs Kitab çox ehmalca toxunub. Tanrı Öz yaradıcılığında əllərindən və ya alətlərdən istifadə etmədi. Rəbb Allahımız sadəcə Kainat sözünü deməklə kainat və onun dolduran hər şey öz mövcudluğunu aldı.
Allah dedi: “Qoy işıq olsun”. Yaradılış 1:3
... kainat Allahın Kəlamı yarandı... İbranilərə 11:3
Bir daha qeyd edək ki, belə bir qabiliyyət təsəvvürümüzə sığan şey deyil. Biz sadəcə söz deməklə bir stulun yaranmasına müvəffəq olmağı qavraya bilmərik, hələ kainatdan heç söhbət də getmir! Lakin, hər şeyə qadir olan Allahdan siz nə gözləyirdiz? Düşünsəniz, başa düşürsünüz ki, Tanrı elə bu cür qüdrətli olmalıdır. Bibliya bunu bir fakt olaraq təsdiq edir.
Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə (dodaqlarından çıxan nəfəs ilə) yarandı... Qoy bütün dünya Rəbdən qorxsun, bütün yer üzünün əhalisi Onu şərəfləndirsin. Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu. Məzmur 33:6, 8-9
Hər şey bu cür başladı. Tanrı dedi işıq olsun və işıq oldu. O, işığın adın gün qoydu, qaranlığın isə adını gecə. Müqəddəs Kitaba əsasən birinci günü yaradılması bununla başa çatdı.
Eyni zamanda hər yerdə mövcud olan
Tanrının bütün atributları (keyfiyyətləri) biz eyni dərəcədə qavraya bilmərik. Onun hər şeyə qadir olmaq və hər şeyi bilmək keyfiyyətini eyni zamanda hər yerdə mövcud olmaq keyfiyyəti ilə müqayisədə təsəvvürümüzə gətirmək bir növ asan gəlir. Lakin, Müqəddəs Yazı bizi dönə-dönə öyrədir ki, Allah hər yerdə mövcud olandır.
Dayanıb düşünəndə, bunun nə qədər də təsəlliverici bir fikir olduğunu başa düşürsən. Misal üçün, səyahətə çıxanda, mən əmin olmaq istəyirəm ki, Tanrı mənim ailəmlə qalır. Lakin mən, eyni zamanda, Rəbbin mənimlə səyahət boyu olmağını da istəyirəm. Başıma birdən bəla gəlsə, mən kömək üçün Tanrının axtarışına düşmək məcburiyyətində qalmaq istəmirəm. Mənə Onun köməyi elə HƏMİN ANDA lazım ola bilər! Təbii ki, ailəm üçün də eyni təminatı istəyirəm.
Digər tərəfdən isə, Tanrının hər yerdə mövcud olduğunu biləndə insan təlaşa düşə bilər. Məsələn, əgər mən səhv bir iş tutsam onda onu ört-basdır etməyə yerim olmayacaq.
MQ (Məsihin doğulmasından qabaq) 10-cu əsrdə bir İsrail padşahı Allahın izni ilə aşağıdakı sözləri qələmə aldı:
Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən oradasan, ölülər diyarında yatsam, Sən oradasan. Qanad alıb gündoğana uçsam belə, dənizi keçib günbatana qonsam belə, Sənin sağ əlin məni qoruyacaq. Desəm də: “Qoy zülmət məni bürüsün, işıq batsın ətrafım gecəyə dönsün”, Sənin qarşında zülmət batar, önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var? Məzmur 139:7-12
Tanrının eyni zamanda hər yerdə mövcud olması faktı panteizm anlayışı ilə qarışdırılmamalıdır. Sadə dildə desək, panteizmin təliminə əsasən Tanrı hər şeyin içindədir və hər şey Tanrının içindədir. Bundan fərqli olaraq, biz Müqəddəs Kitabın təlimindən görürük ki, Rəbb Allah öz xilqətindən seçilir – O, xilqətin bir hissəsi deyil. Müqəddəs Yazı Tanrını müəyyən bir varlıq olaraq qarşımızda təqdim edir və Onun bir növ mücərrəd qüvvə olmadığını göstərir.
Məgər sən bilmirsən? Məgər sən eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. Yeşaya 40:28