четверг, октября 07, 2010
The Stranger on the Road to Emmaus - 014
Yaradan Sahib
Puldan asılılığa düşmüş və sənayeləşdirilmiş iqtisadiyyatımızda yaradanın eləcə də sahib olması anlayışı öz gücünü itirib.
Papua-Yeni Qvineyada bir tayfanın yaşadığı kənddə olduğum vaxt yadıma düşür. Orada, soruşanda ki, “Bu kimin avarıdır? Bəs bu kanoe kimindir?”, onlar bu cür suallarıma cavablarında bütün əşyaların yiyəsini dəqiqliklə bilirdilər. Bu əşyaların kimə məxsus olduğunu haradan bildiklərini soruşanda isə, onlar şübhəli gözlərlə mənə baxdılar. “Necə yəni, haradan? Kim bunu düzəldibsə, o da bunun yiyəsidir!” Orada yaradan-sahib əlaqəsi çox güclü idi.
Bəs avarın birini qırsam, nə olar?” – sualını verəndə, onlar, təkidlə, təbii ki, başımı bəlaya salıb, avarın yiyəsi ilə (avarı düzəldənlə) üzləşmək istəmirəmsə, belə bir hərəkətin axırı yaxşı qurtarmayacağını bildirdilər.
Bir qədər də dərinə gedib soruşanda ki, “avarın yiyəsi özü onu qırsa bəs, nə olar”, onlar hamısı bir nəfər kimi çiyinlərini atıb, başlarını əyərək dedilər: “Yiyəsi onu qıra bilər, özü düzəldib, özü bilər”.
Tanrı mələkləri yaratdı, buna görə də onları Tanrının sahib olduğu varlıqlar saymaq tam yerinə düşərdi. Mələklər Tanrının mənsubiyyətində olduğu üçün, Tanrının xidmətçiləri və elçiləri kimi, onlar Onun əmrlərini yerinə yetirməli idilər. Bu, qədimdə istifadə olunan köləlik növlərindən biri deyildir. Xeyr, burada icbari köləliyin heç kölgəsi də yox idi. Onlar könüllü olaraq Tanrıya xidmət edirdilər, Ondan daha yaxşı Yaradan-Sahib tapa bilməzdilər də.