суббота, октября 16, 2010
The Stranger on the Road to Emmaus - 017
Eyni zamanda hər yerdə mövcud olan
İnsan müəyyən bir layihənin üzərində işləyərkən ya da nə isə inşa edərkən ona təmirxana və ya studiya kimi bir iş otağı lazımdır. Lakin öz xilqətini yaradarkən Tanrıya iş otağı gərək deyildi, çünki Müqəddəs Kitab bizə deyir ki, Rəbb eyni zamanda hər yerdə mövcud olandır.
Rəbb bəyan edir: “Mən yalnız yaxında olan Allah deyiləm, həm də uzaqda olan Allaham Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim?” Rəbb belə bəyan edir: “Yeri, göyü Mən doldurmamışammı?” Yeremya 23:23-24
Bu üçlü keyfiyyətə yalnız Tanrı sahibdir – O, hər şeyi bilən, hər şeyə qadir olan və eyni zamanda hər yerdə olandır. Yaşadığımız mürəkkəb və rəngarəng aləmi yaratmaq üçün isə elə məhz bu üç keyfiyyətin nöqsansız ahəngliyi tələb olunurdu.
Rəbb qüdrəti ilə yer üzünü yaratdı, hikməti ilə dünyanı qurdu, dərrakəsi ilə göyləri yaratdı. Yeremya 51:15
Mələklər nə qədər də qüdrətli və zəkalı olsalar da bu keyfiyyətlərin heç birinə sahib deyil. Bəs biz? Biz bu cür keyfiyyətlərə heç yaxın da gələ bilmərik.
Hətta ən sadə bir şeyi inşa etmək üçün bir neçə insanın bu işə müdaxiləsi tələb olunur. Misal üçün elə sinif otaqlarındakı stulları götürək.
Əvvəla, bunun üçün bizə metal lazımdır ki, stulun karkasını quraq. Bəs lazımi metalı haradan tapacaqsan?
Dağ süxurlarında. Yaxşı, bəs tələb olunan metalın hansı süxurlarda olduğunu kim bilər?
Bunun üçün bizə geoloq və mədən kəşfiyyatçısı lazımdır ki, dəmir filizini süxurlarda aşkar etsin.
Fərz edək ki, lazımi süxurlar tapıldı, sonra nə gəlir? Süxurlar axı yerin dibindədir!
Hə, bunun üçün bizə dinamiti işə salmağı və filiz çıxartma avadanlığını istifadə etməyi bacaran mütəxəssis lazımdır. Bizə yerin dibindən filizi çıxardan təcrübəli şaxtaçılar lazımdır.
Amma, dəmir filizdən o saat stul düzəldə bilməzsən. Onu əritmək lazımdır. Süxurları əritmək üçün alovu yetərincə gücləndirə bilərsən?
Bizə metalların əridilməsi prosesini bilən mütəxəssis lazımdır. Yaxşı, deyək ki, onu tapdıq. Bəs indi nə?
Qabağımıza əridilib qəlibə tökülmüş polad parçası qoyublar. Bu məqamda biz həmin o polad parçasının üstündə artıq otura bilərik. Təbii ki, o soyuyandan sonra! Amma biz stul düzəldirik, bunun üçün isə bizə polad parçasından lazımi qalınlıqda bir təbəqə dəmir düzəldən adam tələb olunur. Ondan sonra, biz o dəmiri əyə və qaynaqla emal edə bilərik.
Qaynaqla? Görünür bizə hələ elektrikdən də başı çıxan bir usta lazımdır.
Hə, gördüyünüz kimi, bir stul düzəltmək mürəkkəb bir prosesə döndü. Biz isə hələ dəmirə uyğun gələcək boya növündən və boyama prosesindən söz açmamışıq.
Stulumuzun kürəyi barədə bəs nə deyək? O, plastik materialdan düzəldilir.
Plastik? Yəni neft məhsullarından alınan plastikdən söhbət gedir? Dayan görüm. Neft tapmaq üçün quyu qazılmalıdır, yəni, bunun üçün bizə....!???
İstədiyimiz isə hələ sadə bir stul düzəltmək idi. Ən sadə bir şeyi yaratmaq üçün yüzlərlə təcrübəli insanın bilik və bacarığı tələb olunur. Elə bir insan yoxdur ki, hər şeyi bilsin.
Hər şeyi bilən, heç nədən yaratmaq üçün bütün qüdrətə sahib olan və yaratdığını istədiyi yerdə yerləşdirmək üçün hər yerdə mövcud olan Tanrı ilə heç birimiz, nə insan nə də ki mələk müqayisə edilə bilməz.
Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur. Yeremya 32:17