пятница, октября 15, 2010
The Stranger on the Road to Emmaus - 016
Üçüncü fəsil
1. Göylər və yer
2. Bu yaxşı idi
3. Kişi və qadın
1. Göylər və yer
Bibliyanın birinci kitabı Yaradılış adlanır.
Yaradılış sözü başlanğıclar mənasında başa düşülür.
Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: “Qoy işıq olsun”. İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. Allah işığı “gündüz”, qaranlığı isə “gecə” adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
Yaradılış 1:1-5
Heç nədən
“Başlanğıcda Allah ...yaratdı”. Yaratmaq çox böyük bir gücün nümayişini tələb edən bir şeydir. Tanrının hər şeyi heç nədən yaratdığını anlamaq isə bundan daha da inanılmaz görünür. Biz, insanlar da yaradırıq, lakin bunun üçün artıq mövcud olan əl altındakı şeylərdən istifadə edirik. Biz boya və kətandan istifadə edərək rəsm əsərləri çəkirik, taxta və kərpicdən evlər tikirik. Tanrı isə yaradanda heç nədən istifadə etmədi.
Hər şeyə qadir olan
Heç bir materialdan, layihədən, təmirxanadan və alətdən istifadə etmədən bir şey yaratmaq üçün bizə tamamilə əcaib olan qabiliyyət tələb olunur. Müqəddəs Kitab deyir ki, Tanrı qadir olduğuna görə yaradılış həyat üzü gördü. Tanrının qüdrəti sərhəd görməz!
Xudavəndimiz əzəmətlidir, qüvvəti çoxdur... Məzmur 147:5
O, həqiqətən hər şeyə qadirdir.
Hər şeyi bilən
Qüdrətlə yanaşı Allahın biliyi də var. O, hər şeyi biləndir.
Xudavəndimiz əzəmətlidir, ... dərrakəsi hədsizdir!. Məzmur 147:5
Tanrı hər şeyi bilir. Yaratmaq üçün Ona memar və ya mühəndisin məsləhəti lazım deyil. Onun biliyinin hüdudu yoxdur. Yaradarkən də Allah kimin isə layihəsi ilə məhdudlaşmamışdı.