среда, июня 09, 2010

"Uzunsəbrli Məhəbbət" Dr. Karl Stivens


9 İYUN

“UZUNSƏBRLİ MƏHƏBBƏT”

Romalılara 15:7 – “Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin”.


Məhəbbətdə uzun səbrli olmaq – bu həmin seçimdir ki, biz öz düşüncə tərzimizdə həyata keçiririk. Biz Tanrının məhəbbətini tanıyırıq, ona görə də Tanrının məhəbbəti ilə bölüşməyi niyyət edirik. Biz məhəbbət Kəlamını qəbul etdik, ona görə biz insanları məhəbbətdə qəbul edə bilirik. Biz sıxıntılarda dözürük (2 Salonikililərə 1:4) və çətinliklərə tab gətiririk (1 Korinflilərə 4:12).

Uzunsəbr sevinclə, xoşbəxtliklə, sülhdə və xoş niyyətlə hərəkət edir. Biz daxilimizdə hərəkət edən sülh, həlimlik və Kəlam və Ruhda möhkəmlənən həyatımız sayəsində dözürük. Bizim vəziyyətimiz bizim mövqeyimizə uyğun gəlir; bizim gəzişimiz bizim ünsiyyətimizi əmələ gətirir. Biz aşkar edirik ki, bizim mövqeyimiz bizim şəraitimizə çevrilib. Bizim bir-birimizlə ünsiyyətimiz ilə Bitirilmiş İş vasitəsilə Məsihlə ünsiyyətimiz arasında əlaqə var.

Bu bizim xidmətimizdə, münasibətlərimizdə zəruridir, lakin bu o şeydir ki, onu öz şəxsi gücümüzlə edə bilmərik. Məhəbbətdə uzunsəbrli olan xristianlı onda hərəkət edən məhəbbətə malikdir. Bu, Tanrı Kəlamının birbaşa nəticəsidir ki, o öz ürəyinə qəbul edib.