суббота, июня 12, 2010
"Xeyir-duanı miras alın" Dr. Karl Stivens
12 İYUN
“XEYİR-DUANI MİRAS ALIN”
Yəhya 14:21 – “Kim əmrlərimə bağlı qalıb əməl edirsə, Məni sevir. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm”.
Siz buna hazırsınız? Xristianlar var ki, kilsəyə sadiq olaraq gələndir, lakin insanları sevməyəndir. Onlar heç vaxt bunu boyunlarına almır, lakin bu belədir. Bəziləri qəsdən pislik etməyə səy göstərir, o vaxt ki başqaları insana yalnız qəzəblənə bilər. Lakin Bibliya deyir ki, əgər siz qardaşınıza qəzəbləndinizsə, onda artıq onu öldürmüsünüz (Mt.5:21-22). Qəzəb, pisliyə pisliklə qisas əvəzinə, insanlar bizi incidən zaman,xeyir-duanı miras almağa dəvət olunmuşuq.
Rəbb bizə deyir: “Dinləyin! Məhəbbət əmrlərini bilib, imanla lütfə görə onları yerinə yetirirsə, Məni sevir. Mən onu sevəcəm və Özümü ona zahir edəcəyəm. Mən ona Özümü yaxından, şəxsi və nadir şəkildə tanıtdıracam”.
Tanrının Kəlamı məhəbbətin bu nöqteyi-nəzərinə münasibətdə belədir. Çox vacibdir ki, biz bir-birimizə qarşı kin saxlamayaq. Bizdə narazılıq ola bilər, lakin ürəyimizdə bir-birimizə qarşı heç bir şey olmalı deyil. Məhəbbəti seçərək, xeyir-duanı miras alın.