воскресенье, июня 20, 2010

"Şəfaverici Effekt" Dr. Karl Stivens


20 İYUN

“ŞƏFAVERİCİ EFFEKT”

Yəhuda20-21 – “Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin. Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun”.


İstənilən günahın arxasında uzun hekayə var. Hər bir nəticənin səbəbi var. Biz Tanrıdan yaşadığımız nəticənin səbəbini soruşanda, Tanrının Kəlamı bizə açıqlayır. İstənilən nəticəyə Qolqota və Dirilmə Həyatı şəfa verəcək.

Şəfa siz olduğunuz yerdədir. Bu sizin qəlbinizdədir. Müraciət edin. Siz şəfanızı imanla lütfə görə alırsınız. Yarımçıq şəfanı, stimulyasiyanı deyil, lakin sizi dikəltmək üçün məhəbbət möcüzəsini. Sadəcə qəbul edin, sonra isə özünüzü Tanrının məhəbbətində dikəldin və Məsihin iman istirahətində qalın.

Yadda saxlayın ki, dünyada fəaliyyət göstərən iki padşahlıq mövcuddur və yalnız Tanrının Padşahlığı qəlbiniz Kəlamda necə çiçəklənirsə, eləcə də sizə çiçəklnməyə imkan verəcək (3Yəhya 2). Sadəcə Onun yanına qaçın! Əgər hiss edirsiniz ki, məyusluq yükü qayıdır, var gücünüz ilə Onun yanına qaçın!

Təxirə salmayın. Tanrının məhəbbətini unudub günlərinizi sərf etməyin. Özünüzü Tanrının imanında dikəltmədiyiniz günlər belə olmasın, lakin hər zaman özünüzü Tanrının məhəbbətində qoruyun.

Hər an Tanrının mərhəmətini axtarın.