пятница, июня 11, 2010
"Dua Cəmiyyəti" Dr. Karl Stivens
11 İYUN
“DUA CƏMİYYƏTİ”
Filiplilərə 1:6 – “Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq”.
Bizim hər birimizin xüsusi ehtiyacları, müəyyən sahələri var ki, biz orada Tanrının hərəkətini istəyirik. Lakin biz anlamalıyıq ki, bizə qarşı olan şərtsiz məhəbbət və Onun hər şeyi bilməsinə görə Üçlüyün hər bir şəxsiyyəti bizim üçün işləyir.
Ata bizi elə sevdi ki, bizi xilas etməyə və bunu tam etməyə planlaşdırdı. O bizi elə sevdi ki, Onun planı, məqsədi və icra üçün Onun təminatı vasitəsilə bizim mükəmməlləşməmizə zamin duraraq bizdə hərəkət edir.
Bizə görə ölən Oğul əbədiyyən yaşayır ki, bizi bu dünyada mövcud olan çürümədən, yoluxmadan və infeksiyalardan xilas edərək, bizim üçün vəsatət etsin.
Müqəddəs Ruh Ata və Oğul ilə ahəngdə və birlikdə olaraq, bizim ruhumuzu həqiqətdə inandırır və ona şəhadət edir. Ruh bizim heç anlamadığımız ehtiyaclar üçün dillə deyiməyən ahlarla dua edir.
Üçlük bizim dualarımıza diqqət yetirir. Ata, Oğul və Ruh – birdirlər və biz lütf taxtının qarşısına gələndə, Tanrı hər zaman bizimlə birdir.