понедельник, апреля 19, 2010

"İsa Məsihi Geyinin" Dr. Karl Stivens


19 Aprel

İSA MƏSİHİ GEYİNİN

Romalılara 13:14 – “Əksinə, Rəbb İsa Məsihi geyinin və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın”.


Rəbb İsa Məsih Özünün bütün nadirliyi və gözəlliyində istəyir ki, biz ilahi perspektivdə heç bir xristianlının heç zaman “özü ilə əlaqə qurmamasını” anlayaq. Dünyavi bağlılıqdan qurtulmanın heç bir yolu yoxdur.
Özünüzü tədqiq etməkdə gərək yoxdur. Rəbb İsa – bütün mərhəmətin Allahı, bütün lütfün Allahıdır və tədqiq etmək – bu Onun işidir.

Əgər Müqəddəs Ruh həyatımda nəyinsə səhv olduğunu mənə göstərirsə, mən Onunla razılaşıram və məni bundan döndərməyə icazə verirəm. Xristianlının həyatını sadə bir prosesdə cəmləşdirmək olar: ilk öncə, siz köhnə insanı soyunursunuz. Sonra yeni insanı geyinirsiniz. Siz bunu hər səhər, çölə çıxmaq üçün evinizi tərk etməzdən öncə, paltarınızı geydiyiniz kimi eynilə etməlisiniz. Siz Rəbb İsa Məsihi geyinirsiniz və qarşınıza məqsəd qoyursunuz ki, cismi təmin etməyəcəksiniz (Romalılara 13:14). Ruhani mənada, siz qüvvət mövqeyindən çıxış edərək, mələk münaqişəsinə daxil ola bilərsiniz.