пятница, апреля 16, 2010

"Əbədi İstirahət, Əbədi Sevinc" Dr. Karl Stivens


16 Aprel

ƏBƏDİ İSTİRAHƏT, ƏBƏDİ SEVİNC

İbranilərə 4:9-10 – “Beləcə Allah Şənbə günü istirahət etmiş kimi Onun xalqı üçün hələ də bir istirahət qalır. Allah Öz işlərini qurtarıb istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi”.


Əbədiyyətdə olan hər bir şey məndə var, çünki Mənim hər bir şeydə əbədiyyətim var.Mən əbədiyyəti məhdudlaşdıran müvəqqəti şeylərlə məşğul olub, əbədiyyəti təhqir etməyəcəyəm. Əgər Allah əbədiyyəti göstərmək üçün zamandan istifadə etmək istəyirsə, mən zamanda gözlədiyimə görə əbədiyyətdə izzət alacağam.

Allahın istirahətinə daxil olarkən, mən Allahın dünya yaranandan öncə istirahət edən əqlinə daxil oluram. Onun istirahətinə daxil olarkən mən sülhə tərif vermək işlərimi və cəhdlərimi dayandırıram. İsa Məsih mənə görə öldü. O mənim üçün dirildi. O göylərə getdi və mövqeyi olaraq məni özü ilə apardı. O, Müqəddəs Ruhu göndərdi və O məndə yaşayır. Bu əbədi bədəndə olan əbədi Ruhun əbədi işi vasitəsi ilə olan əbədi həyatdır.

Mənim əbədi sevincim var, çünki mən əbədi satın alınmaya daxil olmuşam. Mənim lütflə əbədiyyət üçün verilən əbədi məqsədim var. Onun istirahətinə daxil olanda, mən əbədi olaraq Allah izzətinin iştirakçısı oluram.