суббота, апреля 10, 2010

"İlahi dərk etmə" Dr. Karl Stivens


10 Aprel

İLAHİ DƏRK ETMƏ

1Yəhya 4:15 - “Məhəbbət bizdə ona görə kamil oldu ki, mühakimə günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik”.


Tanrının Qüdrəti mənim tərəfə yönələndə, mən Ona xilas olduğum üçün minnətdar oluram. Hətta mən səhv edəndə belə, bir imanlı mənə yaxınlaşıb həqiqəti məhəbbətlə söyləyirsə, Onun Qüdrəti mənə tərəf yönəlir.

Mən həqiqəti həlimliklə qəbul edəndə, Müqəddəs Ruh məndə işləyir. Amma Müqəddəs Ruh mənim vasitəmlə işləyərkən, mən Onun həyatını nümayiş etdirməyə başlayıram. Məndə olan Qüdrət artıq mənim vasitəmlə işləyir. Tanrı göylərdə olduğu kimi, biz də bu dünyada hərəkət edirik. Biz ruhani təzahürdə İsa Məsihin şəxsiyyətini nümayiş edirik (Qalatiyalılara 1:15-16).

Bu ruhani təzahür Tanrının Padşahlığı üçün mənim daxilimdəki bacarığı inkişaf etdirir və nəticədə mən sabitləşirəm. “O, yaşadığınız dövrün təməlidir, Qurtuluşun, hikmətin, biliyin mənbəyidir” (Yeşaya 33:6a). İlahi dərk etmə vasitəsi ilə biz indi Tanrının hüzurunu təcrübədə yaşayırıq.