вторник, апреля 20, 2010

"Dağa əmr edin" Dr. Karl Stivens


20 Aprel

DAĞA ƏMR EDİN

Yeşaya 42:16 – “Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm”.


Hər bir dağ, hər bir təpə, hər bir əyri yer bizi Allaha yaxınlaşdırmalıdır. Ona öz arxamızı çevirmək əvəzinə, Onun yanına gəlib – “Yol budur, gedin bu yola” (Yeşaya 30:21) – dediyini eşidə bilərik.

Dağa əmr edin.
Vadiyə əmr edin.
Əyri yerlərə əmr edin.
Uğursuzluqlara, günaha və təqsir hissinə əmr edin.

Tənqid və mühakimə edənlərə əmr edin. O qanunpərəstlərə əmr edin ki, onlar lütfə əməllər əlavə edir və əsl xristianlığa maneçilik törədərək, öz dinlərini yaradırlar (Romalılara 11:6).

Dağlara “Lütf, lütf ” qışqırın. Bu dağlar önümüzdə çökəcək və biz öncə tanımadığımız düz cığırlarla yönəldiləcəyik. Dünyanın Nuru qaranlığı qovacaq.