воскресенье, апреля 18, 2010

"Bu Kəlamı götürüb gedin" Dr. Karl Stivens


18 Aprel

BU KƏLAMI GÖTÜRÜB GEDİN

Romalılara 8:28 – “Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir”.


Həqiqətlə qaçın və hər şey sizin xeyrinizə işləyəcək. Çünki Siz Allahı sevərək Ona etibar edirsiniz və O sizə xeyir-dua verməkdə davam edəcək. Bundan başqa, O izn verməyəcək ki, kimsə və ya nəsə sizin xeyir-duanızı dəyişdirsin, və O icazə verməyəcək ki, kimsə sizi lənətləsin.

Bizim Yer üzündəki vaxtımız sadəcə olaraq Allah üçün bir fürsətdir ki, O bizə olan böyük məhəbbətini göstərsin. Yalnız burada Allah bizə Öz məhəbbətinin, əhvinin, səbrinin və mərhəmətinin dərinliyini göstərə bilər, çünki göylərdə günahlı təbiətimiz olmayacaq. Köhnə şeylər keçib gedəcək.

Yer üzündə biz hələ kamil olacağımızdan öncə Allahı tanıyacayıq. Zaman qısadır, ona görə də gəlin fürsətdən istifadə edərək, Allahın məhəbbətini qəbul edək və onunla başqaları ilə də bölüşək. Rəbbə etibar etməkdə böyüdükcə, biz başqalarına da hər şeyin bizim xeyrimizə işlədiyini öyrənməyə kömək edirik.