среда, апреля 28, 2010

"Əbədi Bağışlanma" Dr. Karl Stivens


28 Aprel

ƏBƏDİ BAĞIŞLANMA

Zəbur 130:4 – “Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir”.


Allah bizi elə bir bağışlama ilə bağışlayır ki, biz Allahın Kəlamına inanmasaq, onunla yaşamasaq və ona bizi təqdis etməsinə izn verməsək, anlaya bilmərik.

Zəbur 130:4 - də deyilir: “Amma Sən bağışlayansan, ona görə hamı Səndən çəkinir”. Bu nə deməkdir? Bu o deməkdir ki, Allah bir dəfə kimisə bağışlayıbsa, biz bu bağışlama ilə oynaya bilmərik, hətta bu bizim özümüzə aid olanda belə. Onun bağışlaması ilahidir və əbədi fərmandan törəyərək, kamil ədalətdən irəli gəlir. Onun bağışlamasını şübhə altına qoymaq olmaz. İsa Məsih günah və bizim bütün günahlarımızın dəyərini ödəyib – O mənim kimliyim və etdiklərimin qayğısına qalıb. O bunu bir dəfə hamı üçün edib və biz bununla oyun oynamamalıyıq.

Allah bizimlə həmişə mərhəmətlə davranır (Zəbur 119:124), və Onun mərhəməti əbədidir. O öz mərhəmətinə görə bizim günahlarımızı örtüb və unudub ki, onlar bir daha xatırlanmasın.