среда, августа 10, 2011
The Stranger on the Road to Emmaus - 028
1. Bədənin ölümü (insanın ruhu bədənindən ayrılır)
Fiziki ölümün nə olduğunu başa düşmək bizim üçün çətin deyil. Biz bununla yaxşı tanışıq. Lakin ölüm ilə əlaqədar olan Adəmlə Həvvanın məsələsində bizə daha bir şeyi anlamaq lazımdır.
Ağacın yarpaq dolu budağını kəsib atanda həmin budağın yarpaqları o saat solmur və cansız yarpaqlara oxşamır. Eyniyyən Adəmin məsələsində də belə idi. Adəmə “ağacının meyvəsindən yemə, ondan yeyən gün hökmən öləcəksən” sözlərini deyərkən Tanrı nəzərdə tutmurdu ki, Adəm meyvəni yeyən kimi o andaca yerə yıxılıb öləcək. Xeyr. Əslində, etdiyi seçim nəticəsində Adəm elə həmin o budaq kimi həyat mənbəyindən kəsiləcəkdi və onun bədəni tədricən gücdən düşüb öz fəaliyyətini dayandıracaqdı. Bu bədən…
…ölüb torpağa qarışacaq. Məzmur 104:29
Bədən ölsə də, Müqəddəs Kitab deyir ki, ruh ölmür – ruh sonsuzadək mövcudluğunu davam etdirir.
2. Qarşılıqlı münasibətlərin dağılması (ölümü) (insanın ruhu Allahdan ayrı düşür)
Adəmlə Həvvanın itaətsizliyi nəticəsində onların Rəbb ilə dostluğuna son qoyulduğunu biz artıq gördük. Ancaq nəticələr dostluğun sonu ilə bitmədi. İtaətsizliyin nəticəsi olaraq Adəm və Həvvanın uşaqları, uşaqlarının övladları - əslində elə bütün bəşəriyyət bu günə kimi - dünyaya doğularkən Allahdan ayrılıqda yer üzünə gəlib.
Tanrı ilə insan arasında qarşılıqlı münasibət tamamilə kəsilmişdi. Bu əlaqə o dərəcədə pozulmuşdur ki, fiziki həyatımız dünyada davam etsə də, Allah üçün bütün bəşəriyyət…
...təqsirləri və günahları üzündən ölü idi. Efeslilərə 2:1
Burada bir proses var və biz bunu nəzərdən qaçırmamalıyıq. Sizə bir əhvalat danışım ki, bunu yaxşı başa düşəsiniz.
Həyatımın sanballı hissəsini mən ya tropik ölkələrə səyahətdə ya da orada yaşamaqda keçirmişəm. Ailəmlə birgə müəyyən müddət ərzində alçaq sütunların üstündə inşa edilmiş bir evdə yaşadıq. Günləri biri, çox iri bir siçovul evimizin altındakı boşluğa girib öldü. Təəssüf ki, siçovul düz balaca yataq otağımızın altında keçinmişdi. Əvvəl, düşündük ki, çarəmiz yoxdur – qoy, leş elə orada çürüyüb getsin. İsti və rütubətli iqlim şəraitində çürüyən leş, yataq otağımızı adamı diksindirən dəhşətli üfunətlə doldurmuşdu. Siçovuldan elə iyrənc iy gəlirdi ki, artıq həmin otaqda yatmağımız mümkün olan şey deyildi. Arvadımla məcbur qalıb evin o biri hissəsinə keçdik və orada gecələmək istədik. Amma yaxınlığında üfunətli leşin qaldığını bilib yatmağa çalışmaq bizim üçün çox çətin gəlirdi. Həmin gecə oradan çıxıb getməli olduq.
Səhərisi gün, oğlum Endrü məsələni həll etmək üçün təşəbbüsü ələ aldı. Uzun çubuğu evin altındakı boşluğa salıb Endrü dərinə düşmüş leşi yavaş-yavaş çıxartmağa başladı. Ölmüş siçovul gözə görünməyə başlamışdı ki, birdən Endrü geriyə atılıb dedi: “Ata, leşi qurd basıb!” İşə bax da! Başına plastik torba salaraq Endrü əlini evin altındakı boşluğa uzatdı, iyrənc və qurd basmış siçovulunun quyruğundan yapışıb, onu boşluqdan çıxartdı. Siçovuldan qalan üfunətli kütləni özündən uzaq tuta-tuta Endrü çölə qaçdı. O, həyətimizə bitişik olan cəngəlliyə keçdi və əlindəkini var gücü ilə yelləyib özündən mümkün qədər uzağa tulladı.
Bu siçovul diri olub Endrünün nə hisslər keçirdiyini bilsəydi, onda başa düşəcəkdi ki, Endrü onun ucbatından çox dilxor olub hirslənir. Siçovul Endrünün fikirlərini oxuya bilsəydi, onda yəqin ki, meşənin dərinliyinə uça-uça o, Endrünün içində dediyi “Cəhənnəm ol buradan!” sözlərini eşidərdi. Üstəlik, siçovul adam dili ilə danışıb Endrüdan “Nə vaxta qədər?” soruşsa idi, oğlum ona cavabında deyərdi: “Həmişəlik!”
Ölmüş siçovulun nümunəsi ilə biz əslində Tanrının günaha olan münasibətini görə bilərik. Burada üç müxtəlif məqam var. Əvvəla, Tanrı günaha hirslənir. Bu qəzəb, kin və alçaqlıqdan irəli gəlmir. Xeyr, Allah özündən çıxan dəliqanlı deyil. Günaha olan qəzəbi Onun pak və kamil xarakterindən gəlir. Bunu daha yaxşı başa düşmək üçün saleh hiddət ifadəsindən istifadə edə bilərik. Murdar siçovul bizi vəlvələyə saldığı kimi Rəbb də günaha hirslənir. Günah Onu kədərləndirir. Allah dünyanı yaşamaq üçün məftunedici bir yer olaraq yaratdı. Lakin həyatımız günah ucbatından əziyyətlərlə doldu. Həyatda hər dəfə xoşagəlməz vəziyyətlərlə üzləşməyimizlə günah xilqətə qarşı dağıdıcı qüvvəyə malik olduğunu yadımıza salır. Ağrı və əzab, kədər və qəm-qüssə, rəzillik və üfunət, dava-şava və sərxoşluq, zəlzələlər və müharibələr – Tanrının başlanğıcda yaratdıqları ilə bunların heç bir əlaqəsi yox idi. Günah sanki ən ləziz yeməyə qatılmış bir damla öldürücü zəhər (sianid) idi. O zərrə qədər balaca olsa da hər şeyi viran edir. Günah insanın üzünü sancan arı neştəri kimidir – balaca bir şey olduğuna baxmayaraq bütün bədənə təsir göstərir. Günah yalnız qanunu pozmadı, o, eləcə də əzəmətli xarakterini təhqir etdi. Həmin səbəbdən də Müqəddəs Kitab deyir ki, ...
...Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. Efeslilərə 5:6
Adəmlə Həvva Rəbbin açıq-aydın təlimatına saymamazlıq göstərəndə Tanrıya qarşı itaətsizlik etdilər. Tanrıya qarşı itaətsizlik isə günahın qoyduğu bir damğadır. Bibliya deyir ki,...
...adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. Romalılara 1:18
Biz günahı əyləncəli və ya pis, zərərsiz və ya zorakı, böyük və ya kiçik bir şey kimi qələmə veririk. Bunun nəticələrinə baxanda Müqəddəs Kitab müəyyən fərqləri qeyd edir, Allaha gələndə isə hər bir günah Onun üçün üfunətli və iyrənc bir şeydir. Günah Allahın ziyafət süfrəsinə qatılmış zəhərdir.
İkincisi, siçovulun leşi arvadımla məni o biri otaqda gecələməyə məcbur etdiyi kimi, və Endrü iyrənc leşi özündən bacardığı qədər uzağa tulladığı kimi Tanrı da günahlı insanı Öz hüzurundan uzaqlaşdırdı. Müqəddəs Yazı deyir ki, ...
...şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü... Yeşaya 59:2
Hərdən bəzi insanlardan belə sözlər eşidirəm, onlar deyir: “Elə bil ki, Tanrı uzaqdadır, aramızda məsafə var”. Buna nə deyə bilərik? Bibliya özü deyir ki, insan öz Yaradanından uzaq düşüb.
... (siz) Allaha yad idiniz. Kolosselilərə 1:21
Müqəddəsliyin hüzurunda günah dayana bilməz. Günahlı insan Allahın işıq saçan parlaq hüzuruna daxil olsaydı bu onda həmin o çürüyən və üfunətli siçovul leşinin, özü də bir neçəsinin, dirilib qayınanamın qonaq otağına soxulmasına və onun elə yenicə təmizlədiyi büllur kimi (fil sümüyütək) ağ xəlçəsini batırdığına oxşayardı. Siçovul leşlərinin toxunduğu yerlər artıq təmiz sayılmayacaqdı. Bütün yer murdarlanacaqdı. Ona görə kamil Tanrı də Öz hüzuruna günahı buraxa bilməz, çünki…
(Onun) gözləri çox təmizdir, şəri görən gözü yoxdur. Habaqquq 1:13
Bu bizi ölü siçovulun nümunəsində Tanrının günaha olan münasibətinin üçüncü məqamına gətirir. Görəsən nə vaxta qədər Tanrının bizi görən gözü olmayacaq və bizi Özündən ayrı saxlayacaq? Bu sualın cavabı aydındır. Həmişəlik! Günahın nəticələri sonsuzadək davam edir, onun əbədi nəticələri var. Çürüyən siçovul leşinin yaxınlığında nə sonrakı həftə, də ki heç vaxt yaşamaq istəmədiyimiz kimi, Allah da heç vaxt Öz hüzuruna günahı buraxmayacaq.
Düzdür, bu xəbər eşitmək bizə ağır gəlir, amma kitabın ardını oxuyun. Burada bizim üçün Xoş Xəbər var. Hələlik isə, bir vacib dərsi başa düşməliyik – Müqəddəs Kitab insanla Tanrının arasındakı münasibətlərin qəti şəkildə sona çatdığını söyləyir. Bu münasibət həqiqətən pozulmuşdur – arada heç bir əlaqə yox idi.
3. Gələcək sevinci yaşamaq həsrətinin puça çıxması – İkinci Ölüm (İnsan ruhunun həmişəlik olaraq Tanrıdan ayrılması)
İki gənc nişanlananda onlar gələcəkdə baş verəcək nikahın sevincini yaşamaq həsrətini çəkir və həmin günü böyük intizar içində gözləyir. Həmin cütlük evlərinə alınacaq mebel çeşitlərinə baxar, harada yaşayacaqlarını və birlikdə nələr edəcəklərini müzakirə edər. Lakin, nişanlı dövründə xoşagəlməz söz-söhbət çıxarsa və iki gəncin arasındakı münasibət pozulub bitərsə, onda onların bütün gələcək planları da pozulacaq.
Bibliya deyir ki, Allah insan üçün heyrətamiz ev hazırlayır. İnsanın öləndən sonra həmin evə köçməsi Allahın arzusudur. Bu evə Göylər deyilir. Göylər insanın gələcək sevincinə xidmət edən inanılmaz bir yerdir. O yerin banisi Tanrıdır. Tanrı əbədi həyatı Öz planının bir hissəsi edib. Orada insan günahdan, əzab-əziyyətdən və ölümdən azad olacaq. Bu necə də heyrətamiz olacaq!
Amma əbədi həyat olduğu kimi, əbədi ölüm də mövcuddur. Müqəddəs Kitab ölüm sözünü işlədəndə, bəzən bu söz, Allahın bəşəriyyət üçün hazırladığı ilkin planın pozulmasına (ölümünə) istinad edir. Həmin ölüm eləcə də İkinci Ölüm adını alıb, yəqin ki, fiziki ölümdən sonra baş verdiyinə görə. İkinci Ölüm Göylərə düşməyəcək insanlar üçün nəzərdə tutulub. Müqəddəs Kitab deyir ki, Göylərə qalxmaq əvəzinə bu adamlar Odlu Gölə atılacaq. Odlu Gölü isə Allah xüsusilə Şeytan və onun cinlərini cəzalandırmaq üçün dəhşətli bir yer olaraq hazırlayıb.
Böyük ağ taxt və onun üstündə Oturanı gördüm… Mən gördüm ki. Böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açılıdı və həyat kitabı olan başqa bir kitab da açıldı.
…ölülər mühakimə olundu…
Bu odlu göl ikinci ölümdür. Kimin adı həyat kitabında yazılmayıbsa, o, odlu gölə atıldı. Vəhy 20:11-15
Müqəddəs Kitab deyir ki, odlu kükürd gölünə atılanlar diri-diri ora atılacaq və gecə-gündüz, əbədi olaraq orada işgəncə çəkəcək. Odlu Göl kədər yeri olacaq, oradakılar isə xoşbəxtlikdən məhrum olacaqlar. Bu yeri təsvir edərkən Müqəddəs Kitab qurdlar, tam zülmət haqqında bəhs edir. Burada ağlaşma qurmuş insanlar dəhşətli ağrıdan dişlərini qıcırdır, susuzluqdan əzab çəkir, yer üzündəki həyatlarını xatılayaraq heç kimin bu gölə düşməsini arzulamır. Bura tənhalıqda qalıb iztirab çəkmə yeridir, heç də bəzən uydurulduğu kimi, dostların bir araya gəlib əyləndikləri və kef çəkdikləri yer deyil.
Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu ikinci ölümdür. Vəhy 21:8
İnsanın aqibəti barədə biz bir qədər sonra söz açacağıq.
Vəhy 19:20 Fiziki bədən ölsə də insanın ruhu yaşamaqda davam edir.
Vəh 20:10
Məzmur 116:3
Mark 9:48
Matta 8:12; 22:13; 25:30
Luka 16:24
Günahlı təbiət
Artıq Adəmin soyuna nəsillər boyunca atadan oğula ötürülən günah və ölüm hökmranlıq etməyə başlamışdı. Almadan alma və pişikdən pişik əmələ gəldiyi kimi günahlı insandan da günahlı insan törənir.
Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün inslara yayıldı, çünki hamı günah etdi. Romalılara 5:12
Adəmin günahı ucbatından indi ondan törənən bütün insanların günahlı təbiəti olacaqdı. Eləcə də, Adəm öldüyünə görə ondan törənənlər də öləcəkdi.
Biz çox vaxt cinayət əməllərini günahkar sözü ilə əlaqələndiririk. Lakin Bibliya məsələnin daha dərin olduğunu bizə başa salır.
İnsanda olan günahlı təbiətə çox vaxt Adəmin təbiəti deyirlər. Bu təbiət insanın düşdüyü vəziyyəti və ya halı təsvir edir. Misal üçün, həkim mənim dostuma deyib ki, onun ürəyi ağır vəziyyətdədir. Həmin vəziyyət simptomlarla aşkar olunur. Dostum pilləkanlarla yuxarı qalxanda nəfəsi gedib qayıtmır və üzünün rəngi dəyişir. Belə hallarda, o, dilinin altında nitroqliserin həbi qoyur. Eləcə də biz hər bir insan günahlı təbiət adlanan haldadır desək yanılmalırıq. Həmin halın simptomları günahlı əməllərlə özünü büruzə verir.
Dürüst bir Tanrı
Günah və ölüm barədə bütün bu söhbətimiz qeyri-təbii səslənsə də, biz bir şeyi yadda saxlamalıyıq – Tanrı xoşagəlməz mövzulara bəzəkli don geyindirmir. Tanrı hər şeyi olduğu kimi deyir. Günah və ölümün nə olduğunu hər kəs yaxşı bilir, hamımız bununla üzləşirik, ona görə də biz Müqəddəs Kitabın bunlar haqqında dediyini bilməliyik. Kamil Allaha isə qulaq assaq Ondan yalnız həqiqəti eşidəcəyik.
Adəm təbiətcə günahlı oldu – Adəm ölməli idi.
Adəmdən törənən bütün insanların da günahlı təbiəti olacaqdır. Hami öləcəkdir.
İcmal
Başlanğıcda Allah ilə insan yaxın dost idilər, onlar kamil dünyada bir-birinə can deyib can eşidərək yaşayırdılar.
Kamil Allah ilə yalnız kamil insanlar yaşaya bilər.
Adəm ilə Həvva Rəbbin sözünə inanmaqdansa şeytanın sözünə uydular və Tanrının aydın təlimatına qulaq asmadılar. Bu vaxt Tanrı ilə insan arasındakı qarşılıqlı münasibətlər körpüsü uçub dağıldı. Bütün dünya dəyişikliyə məruz qalıb təqsir, kədər və ölüm diyarına döndü.
Adəm və Həvva günah edəndən sonra zahiri görünüşlərini dəyişməyə çalışdı. Onlar göründüklərindən daha yaxşı görünmək istədilər, günahlarını ört-basdır etməyə can atdılar. Amma heç nə əmələ gəlmədi. Allah ilə insan arasındakı uçurum olduğu yerdə də qaldı.
Hekayəmiz inkişaf etdikcə biz insan təbiətinə xas olan aşağıdakı amilləri aşkar etmiş olacağıq. İnsan təbiətcə öz həqiqi günahını inkar etməyə, Allaha öz yolları ilə çatmağa və kamil bir dünyaya qayıtmağa yol axtarır.
Genetiklərin aşkar etdikləri
“Biz başa düşürük ki, zahiri görünüşlərində fərqlərin mövcudluğuna baxmayaraq bütün insanlar doğrudan da mənşəyi bir yerdən irəli gələn bir mahiyyətin üzvləridir. Qarşımızda düşünə biləcəyimizdən daha da dərin bağlarla birləşmiş bir növ bioloji qardaşlıq durur.” Bu sözləri 1988-ci ildə “Newsweek” jurnalının səhifələrində dərc edilmiş “Adəm və Həvvanın izləri ilə” adlı məqaləsində tanınmış Harvard paleontoloqu və yazıçı Stiven Cey Quld demişdir.
Həmin məqaləyə əsasən “molekulyar biologiya üzrə ixtisaslaşmış alimlər müxtəlif xalqlardan olan nümayəndələrin genlərini təhlil edib DNT (dezoksiribonuklein turşusu) adlı elementi aşkar etmişdilər. Həmin DNT isə hamımızın törəndiyi tək bir qadına işarə edir”. “Burada irqlər arasında çox vaxt dedi-qoduya səbəb olan fərqlər belə müşahidə olunmur.”
Bibliya deyir ki, Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. Yaradılış 3:20
Sonra 1995-ci ildə “Time” qəzetində qısa bir məqalə dərc edilmişdir. Məqalədə elmi sübutlar təqdim edilməklə deyilirdi ki, “bu gün dünyada yaşayan hər bir insanın xromosomunda ümumi əcdadımız olan Adəmin genetik izləri qalmaqdadır”.
Müqəddəs Kitaba əsasən: Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzündə yaşasınlar... Həvarilərin İşləri 17:26
İnsan DNT-si ilə bağlı bu tədqiqatlar nəticə etibarı ilə hamımızın əcdadımız olan bir kişi və bir qadından əmələ gəldiyini göstərir. Bəzi alimlər bununla razılaşır, digərləri isə razılaşmır. Razılaşanlar arasında həmin kişi və qadının Müqəddəs Kitabdakı Adəm və Həvva olmadığını iddia edənlər də var. Hər halda araşdırma nəticəsində aşkarlanmış nəticələr Müqəddəs Kitabın dediyi ilə üst-üstə düşür. Müasir molekulyar biologiyanın aşkar etdiyi bu və ya digər faktlar Müqəddəs Yazının minlərcə il öncədən qeyd etdiyini, yəni hamımızın arasında qohumluq əlaqəsinin olduğunu təsdiqləyir.