четверг, февраля 11, 2010

"Fırtınadan mühafizədə olaraq" Dr. Karl Stivens


11 FEVRAL

“FIRTINADAN MÜHAFİZƏDƏ OLARAQ”

Nəğmələr Nəğməsi 4:12-13


Fırtına gələndə, bizə mövqeyi şəkildə kim və harada olduğmuzu bilmək vacibdir. Nəğmələr Nəğməsi 4:12 bizi “bağlı bağça, örtülü quyu və möhürlənmiş bulaq” ilə müqayisə edir. Belə bir yerdə olmaq necə də gözəldir! Və növbəti bənd deyir: “Sənin fidanların nar bağçasına oxşayır” (Nəğmələr Nəğməsi 4:13a).

Belə bir mənzərəni təsəvvürünüzə gətirin: narda olan hər bir toxum yeni bir meyvə əmələ gətirərək, yenidən həyatı hasil etmək potensialına malikdir. Hər bir meyvə toxumlarla doludur, və əgər bir narda onların sayı yüzdürsə, onda o, yüz daha yeni meyvəyə həyat vermək potensialına malikdir. Həmçinin də Məsihlə Tanrıda gizlədilmiş imanlı çoxlu meyvə gətirəcək. Ona görə də biz tikanlar arasında Tanrının Kəlamını əkməli deyilik. “Özünüz üçün təzə əkin yeri şumlayın, ancaq tikanlar arasında əkməyin” (Yeremya 4:3).

Tanrının Kəlamı bizə deyir: “Özünüz üçün salehlik əkin, məhəbbət bəhərini biçərsiniz. Dincə qoyulmuş torpağınızı şumlayın, çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət, O gəlib üstünüzə Salehliyin nemətlərini yağdıracaq” (Huşə10:12).