вторник, августа 10, 2010

The Stranger on the Road to Emmaus - 013

Gözə görünməz, Saysız-hesabsız

Tanrı ilə olduğu kimi, ruhanı varlıqlar da gözə görünməzdir, onların bizim kimi ətdən və qandan ibarət bədəni yoxdur. Onları görə bilməsək də, yəqin ki, onlar hər yerdədir. Müqəddəs Kitab deyir ki, "saysız-hesabsız" qədər mələk var (İbranilərə 12:22).

"Saysız-hesabsiz" ifadəsi ilə Müqəddəs Kitab Tanrının taxtı ətrafında durub, Ona səcdə qılan mələklərin sayını hesablamaq belə mümkün olmadığını göstərir.

Taxtın ətrafında saysız-hesabsız (minlərcə minlər, on minlərcə on minlər qədər) mələk gördüm və onların səsini eşitdim. Vəhy 5:11

Xidmətçilər

Mələklər Tanrıya xidmət etmək və Onu razı salmaq üçün yaradılmışdılar. Onlara xidmətçi ruhlar da deyilir.

Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər! Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri! Məzmur 103:20-21

Mələk sözü Yunan dilində elçi və ya xidmətçi mənasını daşıyan "anqelos" sözündən əmələ gəlir. Mələkləri Allah yaradıb, ona görə də onlar Allahındır və Allah onlara nə desə onu da yerinə yetirməlidirlər.