воскресенье, августа 08, 2010

The Stranger on the Road to Emmaus - 011

Tanrı Ruhdur

Mövzunu bağlamadan öncə biz daha bir şeyi başa düşməliyik. Müqəddəs Kitab deyir ki, Tanrı ruh olduğuna görə, O, gözə görünməzdir.

Allah ruhdur... Yəhya 4:24

İnsandan fərqli olaraq, ruhu görmək mümkün deyil, çünki ruhun nə bədəni var, nə də ki, sümüyü. Lakin kimi isə görə bilməməyimiz hələ o demək deyil ki, həmin kəs qeyri-realdır.

Misal üçün, insan vəfat edəndə onun cəsədi tabuta qoyulur. Gəlib tabuta baxsanız, orada həmin adamın yalnız bədənini görəcəksiniz. Yaxşı, deyək bədən buradadır, bəs bu insan özü haradadır? O orada yoxdur, onun ruhu artıq bədəni tərk edib. Bir insana baxanda, biz yalnız onun bədənini görürük, onun gərçək varlığını isə, yəni ruhunu görmürük.

İnsan ruhu barədə danışarkən, Müqəddəs Kitab bizə, bu ruhun zaman ərzində öz başlanğıcını alandan sonra sonsuzadək varlığını davam etdirdiyini çeşitli yollarla göstərir. Ancaq Tanrı insandan fərqlidir, Onun heç vaxt başlanğıcı olmayıb, sonu da heç vaxt olmayacaq. Əbədi keçmişdən tutmuş əbədi gələcəyədək yaşayan yeganə əbədi ruh O Özüdür.

Tanrı:

Ruhdur;

Əbədidir;

Mənəm deyən, özlüyündə var olandır;

Haqq-Taaladır, hər şeyin üzərində Ali Hökmdardır;

Bir olan Allahdır.

Elə Başlanğıcdan Tanrı... belə idi.