понедельник, августа 09, 2010

The Stranger on the Road to Emmaus - 012

2. Mələklər, səma cisimləri və ulduzlar

Tanrının ilkin yaradıcı əməlləri barədə yazılar Müqəddəs Kitabın müxtəlif səhifələrində öz əksini tapıb. Ümumi suallara cavab tapmaq üçün siz Bibliyadan yetərincə məlumat toplaya bilərsiniz, amma elə ümumi suallara cavablarınızla da kifayətlənməli olacaqsınız. Müqəddəs Kitab insanın "doymaq bilməyən" marağını razı salmaq üçün yazılmayıb. O, bəzi hadisələrə dair oxucuya əsas məlumatı çatdırır, amma insanlar bütün təfərrüatlara varmaq cəhdini göstərəndə Müqəddəs Kitabın səhifələri birdən sükuta qərq olur. Ruhanı varlıqlar barədə mövzu ilə də elə məhz bu cürdür.

Adlar

Müqəddəs Kitabda ruhani varlıqlar müxtəlif adlar daşıyır, onların bəziləri tək halda işlənir, bəziləri isə cəm halda. Biz onları çox vaxt mələk adlandırırıq, lakin Bibliya onları müəyyən etmək üçün fərqli terminlərdən istifadə edir: xeruv, seraf, mələklər, baş mələklər, dan ulduzları və s. Ümumilikdə isə onlara səma cisimləri və ya ulduzlar* kimi istinad edilir.

Səma cisimləri Sənə səcdə qılır! Nehemya 9:6

Hər birinin şəxsi adı ola bilər, lakin Müqəddəs Kitabda yalnız Cəbrayıl və Mikayıl kimi bir neçəsinin adı qeyd olunub.


* - burada ulduzlar deyəndə bunu gecə səmasında parlayan ulduzlarla qarışdırmayın. Fəslin ardını oxuyarkən söhbətin hansı ulduzlardan getdiyini məzmundan başa düşəcəksiniz.