среда, января 19, 2011
The Stranger on the Road to Emmaus - 022
Nizam
Günəş, ay və ulduzlara baxanda biz başa düşürük ki, onları Yaradan Usta nizam Allahıdır. Nizam isə kainatın qaydasıdır və o, atom saatı dəqiqliyinə malikdir. Həqiqətən də, o, bir növ zamana nəzarət edəndir. Biz, su səviyyəsinin artması və çəkilməsi qrafiklərini qabaqcadan tərtib edirik və əminik ki, illər keçəndən sonra bu, qrafikimizə uyğun şəkildə baş verəcək. Biz kosmosa peyk buraxırıq və tam əminliyimiz var ki, o, müəyyən planetlə elə proqramlaşdırdığımız anda görüşəcək. Belə baxanda, elə bütün planetimiz günəşin doğub-batması müntəzəmliyinə arxalanır. Bu nizam qaydası olmasa idi heç nə sağ qalmazdı.
NASA tərəfindən kosmosa buraxılan “Qalileo” sınaq peyki Yupiterə, proqramlaşdırıldığı kimi, dəqiqliklə altı ildən sonra çatdı.
Kainatda müşahidə olunan nizam hər şeyi idarə edən fiziki qanunların nəticəsidir. Həmin qanunları biz astronomiya, biologiya, fizika və kimya kimi bir sıra elmlər vasitəsilə tədqiq edə bilərik. Tanrı bu fiziki qanunları təsbit edib ki, kainatı heyrətamiz dəqiqliklə hifz etsin.
Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. Kolosselilərə 1:17
Bu qanunlara o qədər barmaqarası baxdığımıza görə dünyamızın onlarsız nə gündə ola biləcəyini heç düşünmürük də. Amma, deyək, üç-dörd gündən bir cazibə qanunu bir-iki saniyəlik işləməsəydi. Heç bunun nəticəsini təsəvvürünüzə gətirə bilirsiz? Nəticədə xaos və ölüm hökmranlıq sürərdi. Bunu, şəhərimizdəki küçələrdən bütün işıqforların, DUR və sürət məhdudiyyəti nişanlarının ani şəkildə götürüldüyünə bənzətmək olar. Bu qanunların bərqərar olmasında məqsəd var. Qanunlar bir şeyin fəaliyyət hüdudlarını müəyyən edir.
Gündüz də Sənindir, gecə də Sənin, ayı və günəşi Sən yaratmısan. Sən quru yerin bütün sərhədlərini qoydun... Məzmur 74:16-17
Bütün bu təbii qanunlara biz, az qala qeyri-iradi olaraq, böyük hörmət bəsləyirik. Misal üçün, sıldırımın qırağından keçəndə biz böyük ehtiyatla addım atırıq, çünki cazibə qanununa saymamazlıq göstərməyimizin ciddi nəticələr gətirəcəyini bilirik. Qanun olan yerdə nəticə də öz yerini alır. Biz o nəticələrlə oyun oynamaq istəmirik, onlardan oddan qorxan kimi qaçırıq, təbii ki, əgər dəlibaş deyiliksə.
Bu qayda-qanunlar Tanrının təbiətini əks etdirir. Tanrımız belədir.
Beşinci gün
Beşinci gün Tanrı suları bütün növ canlı su məxluqları ilə doldurdu və quşları yaratdı.
Sonra Allah dedi: “Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun”. Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. Allah onlara bərəkət verərək dedi: “Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın”. Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi. Yaradılış 1:20-23
Altıncı gün
Altıncı gün Allahın yaradılış tamaşasında kulminasiya günü idi. Tanrı həmin günü çöl heyvanlarını yaratmaqla başladı.
Sonra Allah dedi: “Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin”. Belə də oldu. Allah hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. Yaradılış 1:24-25
Növlər
Üçüncü, beşinci və altıncı günlərdə müvafiq şəkildə yaradılan bitkilər, dəniz məxluqları, quş və heyvanlara istinadən qeyd olunur ki, onlar hərəsi öz növünə uyğun olaraq törəməli idi. Burada öz növünə uyğun ifadəsinin mənası nədir? Sadə sözlə desək, bu o deməkdir ki, pişikdən pişik balaları doğulacaqdı, köpəkdən köpək, fildən də ki, fil. Zanbaq soğanaqlarını əkəndə biz zanbağın əvəzinə birdən burada sidr ağacının zoğ verəcəyi ilə narahat olmamalıyıq.
Məxluqları yetişdirəndə onlardan müxtəlif çeşidlər əldə etmək mümkündür, lakin yeni törəmələr yenə də həmin növə (cinsə) aid olacaqlar. Misal üçün, siz calaşdırma yolu ilə bir sıra köpək çeşidi yetişdirə bilərsiniz, lakin əvvəl-axır onlar hamısı köpək olaraq qalır. Burada siz yeni bir məxluq yaratmırsınız, əslində onların hər birində törəndikləri həyət itinə nisbətdə daha az genetik məlumat saxlanır. Digər tərəfdən, bütün növlər bərqərar olduğu üçün, otlağına qonşu donuzunun soxulub oğlunun ponisi ilə donuzun qarşılıqlı cinsi əlaqəyə girməsi fermeri narahat etməməlidir. Bir daha qeyd edək ki, Tanrı nizamı saxlamaq üçün sistemə fiziki qanunlar yerləşdirib.