понедельник, января 17, 2011
The Stranger on the Road to Emmaus - 020
Üçüncü gün
Üçüncü günün başlanğıcında göy qübbəsinin altındakı sular hələ də böyük, qurusu olmayan bir okeanı təşkil edirdilər.
Yenə də, Tanrı danışdı.
Sonra Allah dedi: “Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün”. Belə də oldu. Allah qurunu “yer”, su yığınlarını isə “dənizlər” adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. Sonra Allah dedi: “Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun.” Belə də oldu. Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi. Yaradılış 1:9-13
Üçüncü günü iki hissəyə bölmək olar. Birinci hissədə biz qurunun yarandığını görürük. Yəqin ki, okean dibi çökdükcə suların bir yerə yığılması üçün nəhəng hövzə yaranmışdı ki, nəticədə quru suların içindən qalxaraq üzə çıxdı. İkinci hissədə isə biz bitki və ağacların yarandığını görürük.
Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, onu yaşamaq üçün qurdu. O deyir: “Mən Rəbbəm, başqası yoxdur!”
Hələ lap başlanğıcdan Tanrı dünyanı məskunlaşma yeri olaraq hazırlayırdı, burada bitkilər aləminə başlanğıc verməklə O fiziki ehtiyaclarımızı ödəmək istəyirdi ki, yeməyə qidamız olsun, nəfəs almağa oksigenimiz, tikməyə də ağacımız.